"BAKI, 8 mart - Sputnik. Birləşmiş Millətlər Təşkilatı öz işçilərinə Rusiyanın Ukraynanı demilitarizasiya əməliyyatını "müharibə" və ya "işğal" adlandırmağı qadağan edib. Bu barədə RİA Novosti "Irish Times" məcmuəsinə istinadən xəbər veriri.
Qəzetin yazdığına görə, BMT əməkdaşlarına hərbi əməliyyatı təsvir etmək üçün “münaqişə” və ya “hərbi hücum” kimi ifadələrdən istifadə etmək tapşırılıb.
Bildirilir ki, müvafiq göstərişlər BMT-nin kommunikasiyalar departamentinin bazar ertəsi göndərdiyi elektron məktubda yer alıb.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on dörd gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Tərəflər arasında münaqişənin dayandırılmasına dair 3 raund danışıqlar arxada qalsa da ciddi irəliləyişlər əldə olunmayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.