RUSİYA

VKontakte-də yeni rekord qeydə alınıb - Fəallıq iki dəfə artıb

Sosial şəbəkədən qeyd edilib ki, hazırda ünsiyyət və müsbət emosiyalar mübadiləsi həmişəkindən aktualdır.
Sputnik
Rusiyanın sosial şəbəkəsi olan ВКонтакте - VK sosial şəbəkədə baxışların sayının və yeni kliplərin yüklənməsinin ikiqart artması barədə məlumat yayıb.
"Biz digər platformalardan kontent müəlliflərinin kütləvi surətdə sosial şəbəkəmizdə qeydiyyatını və çoxdandır bizimlə olan kliperlərin fəallığının artmasını qeydə alırıq", - VK-nın mətbuat xidmətindən bildirilib.
Sosial şəbəkədən qeyd edilib ki, hazırda ünsiyyət və müsbət emosiyalar mübadiləsi həmişəkindən aktualdır.
"Biz yeni istifadəçilərimizi və bizim meydançanı seçən bloggerləri salamlayırıq. Biz ВКонтакте Kliplərdə ümumi mükafat fondu 100 milyon rubl olan yeni parlaq və əyləncəli fəallıqlara start veririk", - VK-dan deyilib.
Xatırladaq ki, martın 4-də Roskomnadzor Facebook-un Rusiya girişinə qadağa qoymaq barədə qərar qəbul edib. Bu addım Rusiya KİV-nə girişin məhdudlaşdırılmasına cavab olaraq atılıb. Roskomnadzor həmçinin Twitter sosial şəbəkəsinə girişi məhdudlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.