BAKI, 7 mart - Sputnik. Türkiyə Ukraynada atəşkəsin daimi olması və sülh danışıqlarına nəticə çıxarmaq üçün təşəbbüslərini davam etdirəcək. Bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın öz Tvitter hesabında bildirib.
Xatırladaq ki, ötən bazar günü Türkiyə və Rusiya liderləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında Ukraynadakı vəziyyətlə bağlı telefon danışığı olub.
Danışıqlar bir saata yaxın davam edib.
Kalın "Ukraynada dinc əhalinin təxliyəsi üçün elan edilən atəşkəs rejimini alqışlayırıq.
Prezidentimizin rəhbərliyi altında atəşkəsin qalıcı olması və sülh danışıqlarına nəticə çıxarmaq üçün təşəbbüslərimizi davam etdirəcəyik", - deyə Kalın öz hesabında yazıb.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq 12 gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
RF Silahlı Qüvvələri Fransa prezidenti Emmanuel Makronun Rusiya lideri Vladimir Putinə müraciətindən sonra bu gün saat 10:00-dan etibarən atəşkəs rejimini elan edir və humanitar dəhlizləri açır. Bu barədə RİA Novosti məlumat yayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.