BAKI, 7 mart - Sputnik. Ukraynadakı əməliyyat zamanı Rusiya silahlı qüvvələri Kiyevdən Belarusun Qomelə də daxil olmaqla 6 humanitar dəhliz açıb. RİA Novosti xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov deyib.
“Bu gün Moskva vaxtı ilə səhər saat 10-dan etibarən “sükut rejimi” elan edilib və altı humanitar dəhliz açılır: biri Kiyevdən Qomelə; ikisi Mariupoldan Zaporojye və Rostov-na-Dona; biri Xarkovdan Belqoroda; Sumidən Belqoroda və Poltavadan ikisi”, deyə general bildirib.
Generalın sözlərinə görə, bütün ətraflı məlumatlar əvvəlcədən Ukrayna tərəfinə, eləcə də BMT, ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin müvafiq strukturlarına verilib.
O qeyd edib ki, humanitar dəhlizlərin açılışı zamanı Rusiya hərbçiləri “pilotsuz uçuş aparatlarından istifadə etməklə evakuasiyanın davamlı obyektiv monitorinqini” həyata keçirəcək.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq 12 gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
RF Silahlı Qüvvələri Fransa prezidenti Emmanuel Makronun Rusiya lideri Vladimir Putinə müraciətindən sonra bu gün saat 10:00-dan etibarən atəşkəs rejimini elan edir və humanitar dəhlizləri açır. Bu barədə RİA Novosti məlumat yayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.