CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polkovnik-leytenant xidmətdən xaric edilib

Müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə qanunsuz keçməsi ilə əlaqədar Daxili İşlər Nazirliyində xidməti yoxlama aparılıb.
Sputnik
BAKI, 7 mart — Sputnik. Bu il fevralın 17-də müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə qanunsuz keçməsi ilə əlaqədar Daxili İşlər Nazirliyində xidməti yoxlama aparılıb.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, bu il fevralın 17-də müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə qanunsuz keçməsi ilə əlaqədar Daxili İşlər Nazirliyində aparılan xidməti yoxlama nəticəsində müvafiq fəaliyyət sahəsinə cavabdehlik daşıyan Nazirliyin vəzifəli şəxsi - polis polkovnik-leytenantı N. Nəbiyevin vəzifə səlahiyyətlərinin icrasında sui-istifadəyə yol verdiyi müəyyən edilib və o, daxili işlər orqanlarında xidmətdən xaric olunub.
Xatırladaq ki, Müğənni Manaf Ağayev və onunla birgə olan Sənan Hüseynov müvafiq icazələri olmadan işğaldan azad edilmiş ərazilərə səfər ediblər.
Onların barələrində fevralın 18-də protokollar tərtib edilib. Protokollar məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov hər biri 15 sutka həbs olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Müğənni Manaf Ağayev artıq azadlıqdadır - VİDEO