RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Ərdoğan ticarətdə rubldan istifadənin mümkünlüyünü bildirib - KİV

Putinlə Ərdoğanın əsasən Ukrayna mövzusuna həsr olunmuş telefon söhbəti martın 6-da baş tutub və bir saatadək davam edib.
Sputnik
BAKI, 7 mart - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı ticarətdə Rusiya rublundan istifadənin mümkünlüyünü bəyan edib. Bu barədə Türkiyənin A Haber telekanalı məlumat yayıb.
Putinlə Ərdoğanın əsasən Ukrayna mövzusuna həsr olunmuş telefon söhbəti martın 6-da baş tutub və bir saatadək davam edib.
"Prezidentlər Ərdoğanla Putinin dünənki danışıqlarının təfərrüatları ortaya çıxıb. Prezident Ərdoğan deyib ki, Türkiyə və Rusiya ticarətdə dollar, avro, rubl, qızıl və yuandan istifadə edə bilərlər, Rusiya lideri öz növbəsində Azov dənizində olan günəbaxan yağı və buğda ilə dolu 30 gəminin göndərilməsi barədə göstəriş verəcək", - передал телеканал.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on iki gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.