NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

"Brent" nefti 10 ildən sonra ilk dəfə 130 dollar olub

“Brent” markalı neftin ən yüksək qiyməti 2008-ci ildə, bir barel üçün 143 dollar olub. Həmin tarixdən sonra neftin ən yüksək qiyməti 2012-ci ildə 128 dollar məbləğində olub.
Sputnik
BAKI, 7 mart - Sputnik. "Brent" markalı neftin qiyməti bir barel üçün 130 dolları ötüb.
APA xəbər verir ki, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 9,35% artaraq bir barel üçün 129,06 dollar olub.
Qərbi Texas markalı neftin aprel fyuçersləri 9,68% artaraq 126,12 dollar təşkil edib.
Xatırladaq ki, “Brent” markalı neftin ən yüksək qiyməti 2008-ci ildə, bir barel üçün 143 dollar olub. Həmin tarixdən sonra neftin ən yüksək qiyməti 2012-ci ildə 128 dollar məbləğində olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.