HƏRBİ

Azərbaycan tərəfi Ermənistanın yaydığı məlumatı təkzib etdi

Bu kimi dezinformasiyaların məqsədi Ermənistan ordusunda mövcud olan intizamsızlığı və onun nəticələrini ört-basdır etməkdir.
Sputnik
BAKI, 7 mart - Sputnik. Azərbaycan Ordusunun bölmələrinin Xocalı rayonunun Pirlər yaşayış məntəqəsi istiqamətində guya atəş açması barədə erməni mətbuatında yayılan məlumat yalandır, təxribat xarakteri daşıyır. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Ordumuzun bölmələrinin fəaliyyəti barədə bu kimi təxribatların yayılmasının heç bir real əsası yoxdur" - məlumatda deyilir.
Qeyd edək ki, daha öncə Azərbaycan Müdafiə Nazirliyi daha bir təkzib yaymışdı.
***
Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəşin açılması nəticəsində Ermənistan silahlı qüvvələrinin bir hərbi qulluqçusunun həlak olması və digərinin yaralanması barədə yayılan məlumat yalandır, heç bir əsası yoxdur.
Müdafiə Nazirliyindən (MN) verilən xəbərə görə, Ermənistan tərəfinin bu kimi dezinformasiyaları yaymaqda məqsədi ordusunda mövcud olan intizamsızlığı və onun nəticələrini ört-basdır etməkdir.
“Ordumuzun bölmələri bölgədə sabitliyin təmin edilməsi və mümkün təxribatların qarşısının alınması istiqamətində səylərini davam etdirir”, - bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.