RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya Müdafiə Nazirliyi xüsusi əməliyyatın gedişi barədə növbəti məlumat yayıb

Pentaqon tərəfindən maliyyələşdirmə ilə Ukraynada realaşdırılan hərbi-bioloji proqramın izlərinin tələsik məhv edilməsi üzrə faktlar aşkarlanıb.
Sputnik
BAKI, 6 mart - Sputnik. Kiyev rejiminin demək olar ki, bütün döyüş qabiliyyətli aviasiyası məhv edilib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, dünən və bu gün ərzində Ukrayna Hərbi-Hava qüvvələri 11 təyyarə və 2 helikopter itirib, həmçinin Ukrayna HHQ-nin Vinnitsa şəhərindəki aerodromu yüksək dəqiqlikli uzaq mənzilli silahlardan istifadə nəticəsində sıradan çıxarılıb.
"Ukrayna hərbi sənaye müəssissələrinin işçilərini sıradan çıxmış texnikanı təmir etməyə məcbur edirlər. Rusiya bu obyektlərə də zərbələr endirəcək", məlumatda deyilir.
Rusiya MN həmçinin bildirib ki, həmsərhəd ölkələrin aerodromlarından Ukrayna aviasiyasının yerləşdirilməsi məqsədilə istifadə bu ölkələrin silahlı münaqişəyə müdaxiləsi kimi qəbul ediləcək.
Məlumatda o da deyilir ki, Pentaqon tərəfindən maliyyələşdirmə ilə Ukraynada realaşdırılan hərbi-bioloji proqramın izlərinin tələsik məhv edilməsi üzrə faktlar aşkarlanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.