BAKI, 6 mart - Sputnik. Dünən Qəbələdə Aytac Əliyevanın meyitinin rayon ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qəbələ Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla rayon ərazisində Kemale Maksumbekovanın 2008-ci il təvəllüdlü oğlu ilə birlikdə şəxsi münasibətlər zəminində 1999-cu il təvəllüdlü Aytac Əliyevanın baş nahiyəsinə daşla xəsarət yetirdikdən sonra yapışqanla baş və boyun nahiyyəsini bağlaması nəticəsində sonuncunun boğularaq ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Kemale Maksumbekova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
***
Qəbələ rayonunda qətl hadisəsi törədilib. APA-nın xəbərinə görə, 1999-cu il təvəllüdlü Aytac Əliyevanın meyiti binanın blokundan tapılıb.
Naməlum şəxs 23 yaşlı qadının bədənini doğrayaraq bir neçə yerə bölüb, cəsədi selofan torbalara yığaraq Qəbələ şəhərinin Muxtar Abdıyev küçəsindəki yaşayış binasının giriş blokuna qoyub.
Aytac Əliyeva ailəli olub. Ağsu rayon sakini olan Aytac Əliyevanın həyat yoldaşının hərbçi olduğu bildirilir.
Artıq qətli törətməkdə şübhəli bilinən bir nəfər qadın saxlanılıb.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb, hazırda istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.