BAKI, 6 mart - Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı və ukraynalı həmkarları - Sergey Lavrov və Dmitri Kuleba arasında telefon danışığı olub.
Bu barədə Report-a Türkiyə XİN-dən məlumat verilib.
Qeyd olunub ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığı zamanı Ukrayna ilə davam etməkdə olan siyasi və hərbi böhranın sona çatdırılması barədə müzakirələr aparılıb. Həmçinin, Türkiyə və Rusiya prezidentlərinin qeyd etdikləri ortaq fikir səsləndirdikləri məsələlərdən bəhs edilib.
Mövlud Çavuşoğlunun Dmitri Kuleba ilə telefon danışığında əsas müzakirə mövzusu isə Ukraynadaki son yeniliklər və humanitar vəziyyət olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.