BAKI, 6 mart — Sputnik. Rusiya Dövlət Duması RF ordusu barədə feyklərin yayılmasına, öz ölkəsinə qarşı sanksiyaların tətbiqinə çağırışa görə cinayət işi açılması barədə qanun qəbul edib. RF Prezidenti Vladimir Putin qanunu imzalayıb. Rusiyalı hüquqşünas İlya Remeslo əmindir ki, bu addım vaxtında atılıb, əks halda Rusiya feyklərin içində bata bilərdi.
“Başa düşmək lazımdır ki, xüsusi hərbi əməliyyatın keçirilməsi zamanı təhlükəsizliyə dair yüksək tələblər qoyulur. Məntiqidir ki, bəzi əlavə məhdudiyyətlər tətbiq edilir. Çünki insanın şəbəkədə dediyi hər şey ictimai əhval-ruhiyyəyə və hərbi kampaniyanın gedişinə təsir edir. Mən çoxdan bu yoldaşlara – sözə görə cəzalandırmaq olmaz deyən qeyri-məhdud sayda azadlıq həvəskarlarına deyirdim ki, söz də konkret nəticələrə səbəb ola biləcək addımdır, hərəkətdir”, - Remeslo əminliyini vurğulayıb.
Hüquqşünasın sözlərinə əsasən, hərbi əmıliyyat keçirilən zaman insan başa düşməlidir ki, öz sözü ilə çox proseslərə təsir edə bilər və buna görə məsuliyyət daşımalıdır. Bu anti-Rusiya qərb KİV-nə də aiddir. Onların çox hissəsi artıq bloklanıb. Lakin bizdə fəaliyyətlərini davam etdirən bu KİV-in əməkdaşları qüvvədə olan qanunvericiliyin tələblərini pozmamaq üçün indidən belə diqqətli olmalıdırlar, Remeslo bildirir.
Rusiya XİN başçısı Sergey Lavrov jurnalistləri Rusiyanın Ukraynanın demilitarizasiyası və denasifikasiyası üzrə əməliyyatını işıqlandırarkən yalnız faktlara söykənməyə çağırıb. Lakin Aİ və ABŞ-da işləyən KİV-lər yəqin ki, bunu etməyəcəklər. Lakin, Remeslonun fikrincə, əgər bu adamlar Rusiya ərazisinə gəlsələr, onları cinayət məsuliyyəti gözləyəcək. Hətta əgər onlar Rusiyadan sadəcə tranzitlə keçsələr belə. Onların üçüncü ölkədə saxlanılmasını da istisna etmək olmaz. Həmin ölkə belə “divan generallarını” Rusiyaya vermək barədə qərar da qəbul edə bilər.
Hüquqşünas əmindir ki, Rusiyaya qarşı indi aparılan informasiya müharibəsini yalnız nöqtəvi sərt tədbirlərlə və iki istiqamətdə dayandırmaq olar: artıq qəbul edilən qanunverici tədbirlərlə və informasiya gigiyenası ilə.
“Bizim əhalimizi informasiya ilə işləməyə öyrətmək lazımdır. Çox illər ərzində biz bu barədə danışırıq. Koronavirus məsələsi, teraktlar barədə feyklər, ağlasığmaz fərziyyələr olub. Sosial şəbəkələrdə çoxlu sayda feyklər yayılıb və dövlət hər şeyə barmaqarası baxırdı. İndi buna elə sakit baxmaq olmaz, informasiya müharibəsi ölkəmizə çox yaxınlaşıb”, - Remeslo əlavə edib.
Onun sölərinə görə, bu müharibədə ən vacib alətlər qərb sosial şəbəkələridir, onlardan qərb xüsusi xidmətləri istifadə edirlər. Sosial şəbəkələrdə reklam meydançasının köməyilə Rusiya dövlət orqanlarının bütöv feyk səhifələri yaradılır.
“Aydındır ki, bütün bunları ukraynalılar etmirlər. Hər şey irəliləmək üçün kifayət qədər böyük büdcələri olan vahid mərkəzdən əlaqələndirilir. Ölkəmizə qarşı qərb sosial şəbəkələrinin köməyilə əsl informasiya müharibəsi aparılır. Müvafiq şəkildə cavab vermək lazımdır – insanları informasiya ilə işləməyə öyrətmək, bunu yayanları isə məsuliyyətə cəlb etmək lazımdır”.
İlya Remeslo əmindir ki, feyklər Ukraynadan Qərbin niyə canlı divar kimi istifadə etməsi ilə eyni səbəbdən yaradılır. Hərbi əməliyyatların davam etdirilməsinin heç bir mənası yoxdur, lakin hər şey sadəcə “Rusiyanın əsəblərində oynamaq və bunu daha çox müzakirə etdirmək” üçün davam etdirilir.
“Bütün feyklər Ukrayna cəmiyyətinin ən düşünməyən, ən səfeh hissəsinə ünvanlanıb, - hüquqşünas deyir. - Çünki onların yaradıcıları hətta özlərini maksimal dəqiqliklə əziyyətə vermirlər – adətən Ukraynaya aid olmayan köhnə kadrlardan istifadə edirlər. Misal üçün, İsraildən 2012-ci ilin videosu. Kadrlar Donbas kimi təqdim edilir, lakin orada hətta iqlimə görə bilinir ki, tamamilə ayrı yerdir”.
Yaxud da artıq əfsanəvi olmuş Zmeyinı adası əhvalatı. Ukrayna rəsmiləri USQ döyüşçülərini rus gəmisinə təslim olmaqdan imtina etmiş qəhrəmanlar adlandırdılar, əslində isə USQ döyüşçüləri sakitcə silahlarını yerə qoymuşdular, “və budur onlar – salamat şəkildə bizim bazada nahar edirlər”. Barəsində söyüş söyülən rus gəmisi haqqında feyk mem də virus oldu. “Sonradan hamının bunu təkzib edəcəyinin əhəmiyyəti yoxdur, Ukrayna tərəfini bu tamamilə narahat etmir”, - Remeslo heyrətlənir.
Bütün feyklərin məqsədi RF-də hakimiyyətə etimadı məhv etmək və sabitliyi pozmaqdır. Bununla birmənalı olaraq qərb xüsusi xidmətləri məşğul olurlar.
“Biz hətta görürük ki, bunu sanki bir əl edir. Elə navalnıçıları götürək. Əgər əvvəllər onlar Rusiya əleyhinə deyil, yalandan korrupsiya əleyhinə, ədalət uğrunda, Putin əleyhinə mübarizə apardırlarını göstərirdilərsə, indi nə görürük? Onların efirinə Odessada cəsədlərlə şəkil çəkdirən və bəzi məlumatlara görə, 2014-cü il mayın 2-də odessalılar üzərində qətliamın təşkilatçılarından biri olan qatil Aleksey Qonçarenko və digər qatı rusofoblar çıxır”, - Remeslo vurğulayır.
Bu onu göstərir ki, insanlar maskalarını atıblar və bu maşının bir hissəsidirlər. Maşın isə Qərbdən maliyyələşdirilir. “Biz bunu elə Navalnıya görə bilirik - o maliyyəsini oradan alırdı. Maliyyənin mənbəyi qərb xüsusi xidmətləri, ABŞ-da dövlətlə çulğalaşmış və çoxdandır onun funksiyasını yerinə yetirən kvazi-dövlət qurumları, banklar, iri kapitalist strukturlardır”, - hüquqşünas qeyd edib.