RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Anatoli Antonov: ABŞ-da anti-Rusiya ritorikası absurd həddinə çatıb

Səfir Antonov qeyd edib ki, Skott əsas nüvə gücləri arasında birbaşa qarşıdurmaya çağırır.
Sputnik
BAKI, 6 mart — Sputnik. ABŞ-da anti-Rusiya ritorikası absurd həddinə çatıb və Vaşinqtonda eşidilən şüarlar beynəlxalq təhlükəsizlik üçün son dərəcə riskli olur. Sputnik Azərbaycan “RİA Novosti”yə istinadən bildirir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib.
Diplomat ABŞ qoşunlarının Ukraynaya daxil olmasına dəstək verən senator Rik Skottun bəyanatlarını şərh edərkən deyib ki, bütün variantlar açıq olmalıdır.
Antonov qeyd edib ki, Skott əsas nüvə gücləri arasında birbaşa qarşıdurmaya çağırır. O, xəbərdarlıq edib ki, Rusiyanın xüsusi əməliyyatına silahlı müdaxilə cəhdi görünməmiş nəticələrə gətirib çıxara bilər.
"ABŞ-da anti-Rusiya ritorikası absurd həddinə çatıb. Hiss olunur ki, yerli siyasətçilər öz bəyanatlarını tam dərk etmirlər. Vaşinqtonda eşidilən şüarlar getdikcə daha məsuliyyətsiz, təxribat xarakterlidir və beynəlxalq təhlükəsizlik üçün risklidir” - , o jurnalistlərə bildirib.
Diplomat vurğulayıb ki, o, strateji sabitliyin möhkəmləndirilməsi yollarını müzakirə etmək üçün istənilən amerikalı siyasətçi, o cümlədən Konqresin yuxarı və aşağı palatalarının üzvləri ilə görüşməyə hazırdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.