BAKI, 5 mart — Sputnik. Xarici muzdluların Ukraynada peyda olması ABŞ və NATO-nun Rusiyaya qarşı vasitəçilik müharibəsinin davamıdır. "Xarici legion" alyansın Avropa ölkələrini tədricən Rusiya ilə birbaşa silahlı münaqişəyə mərhələli cəlb etməsi üçün bir vasitədir, hansı ki, Ukrayna dövlətçiliyinin sonu və Aİ-nin rifahı qaçılmaz olacaq.
Bütün dünyanı bir sual maraqlandırır: bu gün Ukraynada nə baş verir? Rusiya Prezidenti Vladimir Putin cavab verir: "Xüsusi hərbi əməliyyat plana uyğun olaraq ciddi şəkildə davam edir. Qarşıya qoyulan bütün vəzifələr uğurla həll olunur". Bununla yanaşı, Rusiya Silahlı Qüvvələri yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirirlər, heç bir şey mülki əhalini təhdid etmir.
Əsas müqavimət mərkəzləri lokallaşdırılıb, nasistlər məhv edilib. Ukrayna Silahlı Qüvvələri həyasızcasına dinc əhalinin arxasında gizləndikləri, yaşayış binalarında, uşaq bağçalarında və məktəblərdə döyüş mövqelərini yerləşdirdikləri, nüvə obyektlərində yanğınlar törətdikləri üçün onları təmamilə darmadağın etmək olmur.
Rusiya ordusu bu gün Zaporojye atom elektrik stansiyasında dəhşətli təxribat cəhdinin qarşısını alıb. Ukraynanın demilitarizasiyası və denazifikasiyası əməliyyatı sona qədər başa çatacaq. Heç kim müdaxilə edə bilməz.
ABŞ hərbi analitikləri Rusiyanın xüsusi əməliyyatının uğuruna şübhə etmirlər. Yenə də Vaşinqton Ukraynada mümkün qədər çox qanın tökülməsini görmək istəyir. Qərb Rusiya ilə vasitəçilik müharibəsinin növbəti mərhələsinə - xarici muzdluların yeni dəstələrinin formalaşdırılması, silahlanması və köçürülməsinə başlayıb. "KVN rezidenti" Vladimir Zelenski bildirib ki, Ukrayna uğrunda 16 min əcnəbi "könüllü" döyüşəcək. Biz Rusiya Federasiyasının vətəndaşları bunu artıq Şimali Qafqazda və Suriyada keçmişik, muzdlular isə keçməyiblər.
Bir neçə Avropa ölkələrinin (İngiltərə, Danimarka, Latviya, Polşa, Xorvatiya) hakimiyyət orqanları öz vətəndaşlarına Ukrayna ərazisində Rusiyaya qarşı hərbi əməliyyatlarda iştirak etməyə rəsmən icazə verib.
Polşa vasitəsilə 200 xorvatiyalı muzdlu Ukraynaya gəlib. İyirmi altı litvalı "Aydar" Milli Batalyonuna qoşulub. Dörd yüz isveçli və əlli norveçli hərbi əməliyyatlarda iştirak etmək qərarına gəliblər. Sağ ekstremistlərin "müəyyən qədəri" Almaniyanı tərk ediblər. Humanitar dəhlizlərlə hər kəs evə qayıda bilməyəcək, bu çox ciddi məsələdir. Misal üçün, Suriyada Rusiya qoşunları MDB ölkələrindən olan 4500 "könüllü" daxil olmaqla 133 mindən çox yaraqlı məhv edib.
Digər tərəfdən, əcnəbilər nə qədər çox olarsa, bu sahədə koordinasiya və idarəetmə də bir o qədər az olur. Rusiya Müdafiə Nazirliyi qeyd edir ki, Zelenski artıq Ukrayna Silahlı Qüvvələri və xarici muzdlularla təxribat qrupları üzərində nəzarəti itirib.
Texnoloji iştirak
ABŞ Prezidenti Cozef Bayden və NATO-nun baş katibi Yens Stoltenberq hər gün bildirirlər ki, Pentaqon və alyans Ukraynadakı münaqişənin tərəfləri deyillər. Onlar hətta Ukrayna hava məkanını bağlamaq niyyətində deyillər (sanki onların belə imkanları var). Ancaq Bandera rejiminin tərəfində olan hərbi əməliyyatlarda "tərəfdaşlar"ın hərbi-texniki, logistik və iqtisadi şərikliyi göz qabağındadır.
Ağ Ev martın 4-də təsdiqləyib ki, ABŞ Rusiya qoşunları ilə bağlı kəşfiyyat məlumatlarını "real vaxtda" Ukraynaya ötürür. Bunun üçün NATO-nun şərq cinahında yerləşən ABŞ peyk qruplaşmasından, yerüstü radarlardan və AWACS təyyarələrindən fəal istifadə olunur.
Alyansın kəşfiyyat məlumatları Ukrayna Silahlı Qüvvələrinin komandanlığına "nə və hara uçur" (hədəf təyinatı) anlayışını əldə etməyə kömək edir və qismən də vəziyyətə təsir göstərir. Amerikalılar həmçinin Kiyev rejimini "Stinger" daşınabilən hava hücumundan müdafiə sistemləri (DZRK), FGM-148 "Javelin" tank əleyhinə sistemləri və Ukrayna Silahlı Qüvvələrində və xarici muzdluların dəstələrində qurbanların sayını artıra bilən digər "müdafiə" silahları ilə də təchiz edirlər.
Amerikalılara Avropanın mərkəzində "Əfqanıstan" faydalıdır. Pentaqonun Ukraynadakı rolu kifayət qədər aydındır. Rusiya əməliyyatı fonunda ABŞ-ın 2023-cü il üçün hərbi büdcəsi təxminən 780 milyard dollara qədər "artacaq". Vaşinqton Avropa müttəfiqlərini "qurub", silahlarını və mayeləşdirilmiş təbii qazı daha fəal şəkildə satmağa başlayacaq, əhəmiyyətli dividendlər amerikalılara NATO-ya daxil olması üçün vəd edir, Neytralda hələ İsveç və Finlandiyadır.
Sərfəli olan Şimal axını-2 layihəsini "dondurmaqdan" başqa, Aİ və xüsusən də Almaniya münaqişədə nəyə nail olacaq? Alman tabloidi martın 2-də Almaniyadan Ukraynaya "Stinger" DZRK və "Panzerfaust" tank əleyhinə qumbaraatanların partiyasının çatdırılması barədə məlumat yayıb.
Avropada amerikalıların təhrik etdiyi münaqişə Almaniya iqtisadiyyatının inkişafına ciddi ziyan vurur. Bütün Aİ ölkələri, digərlərindən daha çox Rusiya ilə döyüşlərdə öz "könüllüləri" ilə iştirak edənlər əziyyət çəkəcək. Ukrayna sərf olunan piyada rolunu oynamağa məhkumdur, bir həftə ərzində bir milyondan çox vətəndaş bu ölkəni tərk edib.
Apokalipsis atlıları
Qərb "gərginlik artımının qapalı dairəsində" ilişib qalıb. Yeni heç nə yoxdur. Ukraynanın keçmiş baş naziri Nikolay Azarov bu gün bəyan edib ki, NATO 2022-ci ilin yayında Ukrayna ərazisində dörd hərbi briqada yerləşdirməyi planlaşdırır: iki quru, bir dəniz və bir hava. İlin sonunda "tərəfdaşlar" Ukrayna vasitəsilə Rusiya ilə nüvə münaqişəsi yaratmaq niyyətində idilər, ancaq 2021-ci ilin dekabrında Moskva bu planlar barədə məlumat aldı və hərbi-texniki tədbirlər gördü.
Rusiyanın Ukraynada keçirdiyi əməliyyat həftəsi ərzində Ukrayna Silahlı Qüvvələrinin 1812 obyekti "demilitarizasiya edilib": 65 idarəetmə məntəqəsi və rabitə qovşaqları, əlli altı S-300, Buk M-1 və Osa zenit-raket kompleksləri, 59 radar stansiyaları, yerdə 49 və havada 13 təyyarə, 54 pilotsuz təyyarə, 635 tank və digər zirehli döyüş maşınları, 67 reaktiv yaylım atəş sistemi, 252 artilleriya qurğusu və minaatanlar, 442 ədəd xüsusi avtomobil texnikaları.
Ukraynanın qərb vilayətlərində nasistlər müəyyən yaşda olan kişiləri "ovlayır", küçələrdə, vağzallarda yaxalayaraq müşayiət altında hərbi komissarlığa göndərirlər. Əslində, öyrənilməmiş, ruhdan düşmüş insanları mənasız ölümə göndərirlər. "Avropanın ən güclü ordusu" hara yoxa çıxıb?
Qərb üçün hər şey necə də yaxşı başlamışdı: "Javelin"lər və "Stinger"lər ilə 200.000 nəfərlik Ukrayna ordusu, demək olar ki, 900 tank və Ukrayna Hərbi Dəniz Qüvvələrinin qayıqları "canavar sürüsü". Hamı "Separatlara", "koloradlara" və Rusiyaya nifrət edir. "Müdafiəçilər" "ata-Bandera" və ABŞ-ın maraqları naminə praktiki olaraq təmənnasız ölməyə hazırdırlar. Ukrayna ərazisində Pentaqonun biolaboratoriyaları fəaliyyət göstərir, NATO bazaları və ABŞ nüvə silahları üçün anbarlar tikilir. Artıq hər şey keçmişdədir.
Bir daha tarixə nəzər salaq. XX əsrin əvvəllərində Ukraynada Tanrı, Çar və Vətən tez unudulmuşdu (Rusiya İmperiyasının bütün vətəndaşları yazılı şəkildə imperatora sədaqət andı içdmişdilər). Daha sonra isə 1940-cı illərdə 200 mindən çox ukraynalı vermaxt tərəfindən Qırmızı Orduya qarşı döyüşürdülər, elə həmin zamanda UMT-dan olan "Vahid və bölünməz gücün tərəfdar"ları Kiyev yaxınlığında yəhudiləri güllələdilər, Belarusiyanın Xatın kəndində mülki sakinlərini yandırdılar.
Ukraynada 70 illik sovet hakimiyyətindən sonra millətçi, anti-Rusiya ideologiyasının renessansının baş verməsi artıq paradoks deyil. "Ukrayna hər şeydən üstündür" şüarı alman faşistlərinin 1933-cü ildəki "Deutschland uber alles" şüarından irəli gələn kalkadır. 2014-cü ilin mayında Odessadan olan mülki şəxslərin Həmkarlar İttifaqları Evində kütləvi şəkildə yandırılması da kalkadır. Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri sovet ordusunun zabitlərindən formalaşıb, müsahibədə namizədlərə Rusiya ilə döyüşməyə hazır olduqları barədə mütləq sual verilib və bu, 1990-cı illərin əvvəllərində - Krım baharından iyirmi il əvvəl olub.
Rusiyanın Ukraynanın "Qulyay-pole"nin demilitarizasiyası və denazifikasiyası üzrə hərbi xüsusi əməliyyatı Qərbin idarə etdiyi otuz illik "müstəqillik" təcrübəsinin qanunauyğun nəticəsidir və sadəcə olaraq Ukrayna xalqının sağlam bir hissəsini xilas etməkdir. Rusiya əməliyyatının gedişində belə "dövlətçiliyin" Avropa və dünya üçün nə qədər təhlükəli olduğu daha da aydınlaşır.
Rusiya Prezidenti Vladimir Putin martın 3-də bildirib: "Biz özümüzün uzun illərdir məhz bu məqsədlə hazırlanmış anti-Rusiya ilə hədələnməsinə imkan verməyəcəyik. Üstəlik, son vaxtlar olduğu kimi, nüvə silahı ilə hədələmək üçün". Moskva mütləq Kiyevin marionet rejimi üçün faciəvi nəticələr çıxaracaq. Ukrayna "Almaniya kimi" denazifikasiyadan keçəcək.
Martın 2-də Nümayəndələr Palatasının komitəsində keçirilən dinləmələr zamanı Rusiyanın ABŞ-a olan NATO-nun 1997-ci il vəziyyətinə qaytarılması ilə bağlı təhlükəsizlik sahəsində təklifini ABŞ dövlət katibinin birinci müavini Uendi Şerman "Gülməli tələb" kimi şərh edib. Ancaq tarixi təcrübə göstərir ki, Qərb "tərəfdaşlarının" məsuliyyəti cəzasızlığın aradan qalxdığı yerdə yaranır.