AZƏRBAYCAN XƏBƏRLƏRİ

Müğənni Manaf Ağayev artıq azadlıqdadır - VİDEO

Manaf Ağayev və iş adamı Sənan Hüseynov bahalı avtomobillə Füzuliyə icazəsiz səfər etdikləri üçün 15 sutkalıq həbs cəzası almışdılar.
Sputnik
BAKI, 5 mart — Sputnik. Müğənni Manaf Ağayevin həbs müddəti başa çatıb. Sputnik Azərbaycan xəbər verir ki, bu haqda onun oğlu məlumat verib. 15 sutkalıq həbsi başa çatan M.Ağayev ötən gecə azadlığa buraxılıb.
Xatırladaq ki, Manaf Ağayev və iş adamı Sənan Hüseynov bahalı avtomobillə Füzuliyə gediblər. İfaçı Füzuli aeroportunda çəkilən videonu sosial şəbəkə hesabında yayımlayıb. Az keçmədən müğənni paylaşımını silib. Videoda M.Ağayevin avtomobilinin yanında yer alan 10-AA-307 seriyalı digər maşının sahibinin əslən Füzulidən olan iş adamı Sənan Hüseynov olduğu bildirilib. Sənətçi və iş adamı 15 sutka həbs olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.