BAKI, 5 mart — Sputnik. Bu ilin yanvar-fevral aylarında Azərbaycanın ixracı 6 mlrd. ABŞ dolları təşkil edib.
"APA-Economics"in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin göstəriciləri əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox artıb. Təkcə fevral ayında ölkənin ixracı 2,9 mlrd. dollara bərabər olub, yanvarda isə 3,1 mlrd. dollar təşkil edib.
Qeyd edək ki, hesabat dövründə qeyri-neft sektoru üzrə ixrac illik müqayisədə 39,4% artaraq 461,8 mln. dollar təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.