BAKI, 4 mart — Sputnik. Rusiyanın Ukraynadakı hərbi əməliyyatı fonunda bir gecədə Rumıniya Hərbi Hava Qüvvələrinin Ukrayna sərhədi yaxınlığında iki döyüş texnikasının itkisi müəmmalı və təxribat xarakterli olduğu görünür, NATO-nun cənub-şərq cinahında sabitliyi pozmaq kimi təhlükə yaradır. Üstəlik, Rumıniya ərazisində çox sayda xarici qoşun və zərbə silahları mövcuddur.
Odessa vilayətinin sərhədləri yaxınlığında Rumıniya Hərbi Hava Qüvvələri bir gecədə səsdən sürətli MiQ-21 "Lancer" qırıcısını və çoxməqsədli IAR-330 "Puma" helikopterini itirib.
Eyni zamanda helikopterdə olan 7 hərbçi həlak olub. Versiyalardan birinə görə, buna səbəb əlverişsiz hava şəraiti olub. Yenə də, Ukraynadakı döyüş bölgəsi yaxınlığında Rumıniyaya məxsus zərbə təyyarələrinin gecə uçuşları qeyri-adi və şübhəli görünür. Bu cür təxribat NATO-da Rusiyaya qarşı təşkil edilə bilər.
Xarici qoşunlar və zərbə vasitələri, o cümlədən nüvə silahı daşıya bilən ABŞ təyyarələri Rumıniya hərbi bazalarında cəmləşib.
Digər tərəfdən, Odessada Ukrayna güc strukturları Azərbaycan, Belarus və Rusiyadan olan sürücülərin treylerlərini müsadirə edir, onları qonşu Rumıniyadan Ukraynanın mərkəzi rayonlarına ehtimal olunan silah daşınması üçün yükdən azad edirlər.
Rumıniya ilə Odessa vilayəti arasındakı sərhədin uzunluğu təxminən 200 km-dir, Reni-İzmail-Kiliya hissəsində inkişaf etmiş yol şəbəkəsi mövcuddur. Müsadirə edilmiş xarici yük maşınlarından təxribatlar və ya tonlarla partlayıcı maddələrlə "cihad-mobil" yenidən təchiz etmək üçün istifadə etmək mümkündür. Nə olursa olsun, Rumıniyadan Odessa vilayətinə və Ukraynanın qərbinə gedən nəqliyyat dəhlizinə Rusiya qoşun qruplaşmaları və hərbi dəniz qüvvələrinin xüsusi nəzarəti lazımdır.
Xersonun Ukrayna Silahlı Qüvvələrindən azad edilməsi və Nikolayevin tam mühasirəyə alınması Rusiyanın Quru Qoşunları üçün Odessaya yol açır. İkinci qəhrəman şəhərin nasistlərdən azad edilməsinin vaxtı çatıb. Martın 2-də Ukrayna prezidenti Vladimir Zelenski "Aydar" milli batalyonunun keçmiş komandiri Maksim Marçenkonu Odessa vilayətinin qubernatoru vəzifəsinə təyin edib. 2014-cü il mayın 2-də Ukrayna Silahlı Qüvvələrinin bölmələri və milli batalyonları tərəfindən öldürülən minlərlə Donbas dinc sakinlərini və Odessa Həmkarlar İttifaqları Evində rusiyalıların "ritual"a əsasən yandırılmasını heç kim unutmayıb.
Ukrayna sahilləri dəniz tərəfdən bloklanıb - Odessa sakinləri Rusiyanın döyüş gəmilərini və aviasiyalarıni açıq gözlə izləyirlər. "Admiral Qriqoroviç" raket freqatının, 1171 və 775 layihələrinin iri desant gəmilərinin siluetləri aydın şəkildə seçilir. Sahilin bir hissəsində desant əməliyyatının baş tutacağı ehtimal edilir. Əgər qonşu Rumıniya müdaxilə etməyə çalışarsa, Rusiya Hərbi Dəniz Qüvvələri və Aerokosmik Qüvvələrinin cavabı sərt olacaq. Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin bununla bağlı "tərəfdaşlara" birbaşa xəbərdarlıq edib.
Asan olmayan təsadüf
Rumıniyaya məxsus olan MiQ-21 "Lancer"qırıcı təyyarəsinin təsadüfən qəzaya uğraması ehtimalı azdır. Yalnız təcrübəli pilotların gecə uçmasına icazə verilir. Çoxməqsədli MiQ-21 qırıcısı Kalaşnikov avtomatı kimi etibarlılığı ilə dünyada geniş tanınır. Kubada, Vyetnamda və Yaxın Şərqdə mükəmməl fəaliyyət göstərib. Müasir arsenalda müxtəlif mənzilli "hava-hava" və "hava-səthi" tipli idarə olunan raketlər, radar əleyhinə idarə olunan raketlər, ABŞ istehsalı olan Mk82 LGB idarə olunan aviasiya bombaları mövcuddur. Maşının tavanı 19000 m-ə malikdir, çox manevrli və sürətlidir (2200 km/saata qədər). Hərəkət radiusu - 750 km, döyüş yükü - 1500 kq-dır.
MiQ-21 "Lancer"in modifikasiyası 1990-cı illərin ortalarında İsrailin uğurlu modernləşdirilməsinin nəticəsidir. MiQ-21-in etibarlı istifadə müddətinə baxmayaraq (1959-1985-ci illərdə SSRİ-də seriyalı olaraq istehsal edilib), bir çox ölkələrin pilotları bunun üçün tərif epitetlərini əsirgəmirlər. MiQ-21 NATO-nun silahlandırılmasındadır. Ən yüksək texniki xüsusiyyətlər SSRİ, Çexoslovakiya, Hindistan və Çində 14 mindən çox müxtəlif modifikasiyalı MiQ-21 qırıcılarının istehsal edilməsi (dünya çempionu) ilə təsdiqlənir.
Rumıniyanın MiQ-21 "Lancer" qırıcısı martın 3-nə keçən gecə Mixail Koqelniçanu aviabazasından patrul xidməti üçün havaya qalxdıqdan 13 dəqiqə sonra radarlardan itib. İddialara görə, həmin vaxt təyyarə Kocalak və Qura-Dobrocey yaşayış məntəqələri arasındakı ərazidə - uçuş zolağından cəmi 20 km məsafədə olub.
Ancaq MiQ-21 qırıcısı 12 dəqiqə ərzində ən azı 200 km məsafəyə uçmağa, Ukrayna sərhədinə çatmağa və məsələn, Ukrayna Silahlı Qüvvələrinin "dost atəşi"nə düşməyə qadirdir. Bu hadisə həm də onu göstərir ki, IAR-330 "Puma" xilasedici helikopteri də guya hava limanından 11 kilometr məsafədə qəfil yerə düşüb. Üstəlik, MiQ-21 "Lancer" qırıcısının və pilotun qəzaya uğradığı yer hələ müəyyən edilməyib və 2-3 mart tarixlərində Konstansa yaxınlığında hava olduqca normal idi: dəyişkən buludlu, külək saniyədə 3-8 metr, havanın temperaturu -1 ilə +4 ° C arasında idi.
Bir gecədə iki təyyarə təsadüfən aviabazanın yaxınlığında qəzaya uğradı - bu, çox qəribədir, inanılmazdır. Rumıniya Hərbi Hava Qüvvələrinin hadisə ilə bağlı daha ağlabatan bir versiya irəli sürməsi lazımdır, daha yaxşısı təyyarəni tapıb göstərməsidir.
IAR-330 "Puma" helikopteri özü zərbə modifikasiyasına malikdir və Rumıniyanın yeddi həlak olmuş hərbçisi (xilasetmə qrupu üçün bir qədər çoxdur) Ukrayna istiqamətində müstəqil tapşırıq (xüsusi təyinatlılar) yerinə yetirə bilərdi.
Budur başqa bir coğrafi istinad. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün bildirib ki, Ukraynada patogenlərin hazırlanması üçün ABŞ-ın iki bioloji hərbi laboratoriyası Kiyev və Odessada tikilib, ona görə də Pentaqon kimyəvi və bioloji obyektlərin taleyindən çox narahatdır (https://t.me/sputniklive/32352). "Puma" bir qrup diversantla ABŞ-ın Odessadakı hərbi bioloji laboratoriyasını məhv etmək, cinayətin izini örtmək, bioloji silahları dağıtmaq və Rusiyaya "oxları ötürmək" üçün uça bilərdi. Bir çox variantlar ola bilər.
Rumıniya Hərbi Hava Qüvvələri təxminən yüz IAR-330L "Puma" helikopteri ilə silahlanıb. Bu helikopter 16 nəfərə qədər hərbçi daşımağa qadirdir. IAR 330L-in silah sistemlərinə 20 mm-lik turelə aid top, iki 7,62 mm-lik kalibrli pulemyot, iki X-5 tank əleyhinə raket qurğusu və NATO üçün standart olan dörd 57/70 mm-lik idarə olunmayan raket qurğuları daxildir.
Helikopter qabaqcıl radioelektron döyüş sistemləri ilə təchiz edilib. Tavan - 6000 metrdir. Maksimal sürət 276 km/saatdır. Radiusu 300 km-dir, demək olar ki, dörd saat yerə enmədən uça bilir. Etibarlı maşın və martın 2-dən 3-nə keçən çox qəribə bir gecə.
Birbaşa və ya dolayısı yolla Rumıniya Hərbi Hava Qüvvələrindəki "qoşalaşmış iş" Rusiyanın "tərəfdaşlara" xüsusi demilitarizasiya və denazifikasiya əməliyyatı başa çatana qədər Ukrayna ərazisindən təhlükəsiz məsafə saxlamaq tövsiyəsinin aktuallığını təsdiqləyir. NATO-nun Ukrayna rejiminə gizli və ya açıq-aşkar yardımı yalnız Ukrayna Silahlı Qüvvələrinin bölmələrində və xarici muzdluların dəstələrində itkilərin sayını artıra, eləcə də alyansın Şərqi Avropa və Yaxın Şərqdəki təyyarələri üçün təhlükə yarada bilər. Əgər bir neçə onillikdə Ukrayna SSRİ-nin külli miqdarda silahını satmağı bacarıbsa, o zaman "Stinger" daşınabilən hava hücumundan müdafiə sistemi də (terrorçunun arzusu) rahatlıqla satılıb qurtaracaq.
Və sonuncu. Rusiya Xarici İşlər Nazirliyi bu gün bir daha xatırladıb ki, Rusiyanın Ukraynanın demilitarizasiyası üzrə xüsusi əməliyyatı başa çatdırılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.