CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qadağalar ləğv olunmalıdır... Ölkədə vaksin də, dərman da, test də biznesdir - Deputat

Millət vəkili deyib ki, bütün bunları hüquqi sistemə salmasaq, onda vəziyyət daha ağır olacaq.
Sputnik
BAKI, 4 mart — Sputnik. Rusiyada koronavirus pandemiyası ilə bağlı kütləvi əyləncə, idman, muzey və teatrlara tətbiq edilən “QR kod” tələbi, Türkiyədə isə tibbi maska məcburiyyəti ləğv edilib. İrlandiyada isə peyvend olunmuş turistlerdən PZR tələb olumayacaq.
Azərbaycanda necə, bu qaydaların yumşaldılmasına ehtiyac varmı?
Millət vəkili Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda onsuz da səhiyyə sistemi bu gücü götürə bilmir, vətəndaşı normal müalicə edə bilmir, heç kəs qaydalara ciddi əməl etmir:

"Hər kəs öz evində müalicə alır, dərmanı özü alır. Kimsə gətirib ona dərman verir? Vətəndaşı süni şəkildə əziyyətə salmışıq. Bu qadağaları təcili götürmək lazımdır. Axı bunun nə mənası var? İnsanlar onsuz heç yerdə qaydalara ciddi əməl etmirlər. Ona görə formal şəkildə qadağaları qüvvədə saxlamağın mənası yoxdur".

Fazil Mustafa
Fazil Mustafa bildirir ki, vaksində müəyyən mənada gəlir var, ola bilsin ki, bəzi məmurların burdan qazancı var:
"Testlərdə də böyük vəsaitlər var, özəl tibb müəssisələri bundan pul qazanırlar. Belə özəl tibb müəssisələrinin hər birinin arxasında bir məmur dayanır. Çox güman ki, qadağaların qüvvədə qalması buna görədir. Bir o qədər çox pul gəlirsə, niyə qadağalar ardan qalxsın? Keyfiyyətə gəlincə isə, tutarlı tədbirlər görülmür, keyfiyyətli müalicə yoxdur".
Yumşaldılmalar haqda danışan F.Mustafa bildirir ki, bu gün dünyada da proses gedir:

"Müəyyən istiqamətlərdə hərəkətdə, uçuşlar zamanı karantin qaydalarını qoruyub saxlamaq lazımdır. Kimsə bilyard oynayacaq, ya tenis oynayacaq, qoy oynasın".

Keyfiyyət məsələsinə gəlincə, Fazil Mustafa bildirir ki, vəziyyət çox acınacaqlıdır:
"Bizdə tibbdə keyfiyyət var, yoxsa dərmanların keyfiyyəti var? Monopoliya olduğu üçün keyfiyyətə baxan kimdir ki? Gətirilibsə, bundan isitfadə etməlisən. Çox şeyləri ordan-burdan alırıq, sonradan onun blasını çəkəcəyik. Keyfiyyət məsələsinə baxılsa rəqabət yaranar, rəqabət özü də keyfiyyəti tənzimləyir. Rəqabət olmayandan sonra, istənilən sahədə belə olacaq. Armaturda da belədir. Tikintidə keyfiyyət var? Tikilən binalaırn xeyli hissəsinin armaturun yoxlayın, həmin binalar sabah kiçik zəlzələyə dözə biləcək? Bütün bunları hüquqi sistemə salmasaq, onda vəziyyət daha ağır olacaq. Ölkədə vaksin, dərman, test də biznesdir. Ayrı-ayrı adamlar burada külli miqdarda pul qazanır".
Millət vəkili Azər Badamov deyir ki, dünyada koronavirusun fəsadlarının azalması gözəl xəbərdir:

"Bəzi ölkələrdə PZR tstlərin ləğvi, məhdudiyyətlərin, tələblərin aradan qaldırılması onu göstərir ki, yeni koronavirus infeksiyası ilə bağlı elan olunmuş qlobal pandemiyanın sonu yaxınlaşır. Bu gün Azərbacanda koronavirusla bağlı epidemoloji vəziyyət qənaətbəxşdir".

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov
"Lakin bütün bunlara baxmayaraq pandemiyanın müəyyən qədər təhlükəsi qalmaqdadır. Biz də bu cür qərarlar qəbul edə bilərik. Lakin tələsik olaraq bu cür qərarlar qəbul etsək, ola bilsin ki, virus yenidən qaydıacaq və dərin fəsadlar yaradacaq. Ona görə bu məsələyə səbrlə yanaşmalıyıq, dnüyadakı vəziyyəti izləməli, Nazirlər Kabinetinin Operativ Qərərgahının qərarlarını gözləməliyik", - deyə o əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Pandemiyanın iki ili: Azərbaycan bu dövrü necə keçirib?