Martın 7-də bu məktəblərdə dərslər keçiriləcək

Bununla əlaqədar beş günlük iş həftəsi olan təhsil müəssisələrində 2022-ci il 5 mart iş günü, 7 mart isə qeyri-iş günü hesab edilir.
Sputnik
BAKI, 4 mart — Sputnik. Nazirlər Kabinetinin qərarı ilə iş günləri ilə istirahət günlərinin yeri dəyişdirilsə də, ölkədəki təhsil müəssisələrinin bəziləri martın 7-də fəaliyyət göstərəcək.
Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, Nazirlər Kabinetinin 3 mart 2022-ci il tarixli, 69 nömrəli Qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 mart iş günü ilə 5 mart istirahət gününün yerləri dəyişdirilib.
Bununla əlaqədar beş günlük iş həftəsi olan təhsil müəssisələrində 2022-ci il 5 mart iş günü, 7 mart isə qeyri-iş günü hesab edilir.
Altı günlük iş həftəsi olan təhsil müəssisələrində isə 5 mart iş gününə təsadüf etdiyindən növbəti həftənin bazar ertəsi – martın 7-si iş günü hesab edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Nazirlər Kabineti iş və istirahət günlərinin yerini dəyişdi