BAKI, 4 mart - Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək.
O, NATO xarici işlər nazirlərinin fövqəladə iclasından sonra keçirilən mətbuat konfransında deyib: “Bu gün mən Azərbaycana səfərə gedirəm".
Çavuşoğlu Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək.
Qeyd olunur ki, ümumilikdə Türkiyə xarici işlər nazirinin Azərbaycanda keçirəcəyi görüşlərdə bir sıra regional məsələlər müzakirə olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.