TƏHLİL

ABŞ Rusiya ilə atom sülhü bağlayıb

Oradakı energetiklərin haqqını vermək lazımdır, bütün bunlar təmiz həqiqətdir, lakin biz mənzərənin dolğunluğu xatirinə Qərb KİV-nin məlumat vermədiyi bir neçə fakt əlavə edəcəyik.
Sputnik
BAKI, 4 mart — Sputnik. Qərb informasiya agentliklərinin məlumatına əsasən, Duke Energy və Exelon profil şirkətlərinin daxil olduğu Milli Energetika institutu (NEI) Ağ Evə rəsmi sorğu göndərərək Rusiyadan nüvə yanacağı tədürükünə qadağan qoymamağı xahiş edib.
Okeanın o tərəfindəki atomçular kooperasiyanın getdikcə daha çox sahə və həlqəsini bürüyən sanksiya dalğasından çox narahatdırlar. Bildirilir ki, Rusiya və Ukrayna arasındakı hərbi münaqişəyə baxmayaraq, Rusiyanın uranı və zənginləşdirilmiş yanacağı çox cazibədar bazar qiymətinə malikdirlər, bu isə öz növbəsində əhali və sənaye üçün elektrik enerjisinin qiymətini artırmamağa imkan verir. Təbii ki, ABŞ əhalisi və sənayesindən söhbət gedir.
Oradakı energetiklərin haqqını vermək lazımdır, bütün bunlar təmiz həqiqətdir, lakin biz mənzərənin dolğunluğu xatirinə Qərb KİV-nin məlumat vermədiyi bir neçə fakt əlavə edəcəyik.
Birləşmiş Ştatlar atom generasiyası obyektlərinin sayına görə şübhəsiz liderdirlər. Hazırda orada birgə gücü 96,5 gigavatt olan 88 reator işləkdir. Hörmətə layiq rəqəmdir, lakin həmin sahə heç də ən yaxşı vaxtlarını yaşamır.
Ondan başlayaq ki, ABŞ-ın reaktor parkı ən çoxsaylıdır, amma eyni zamanda ən köhnədir. Profil tikintisinin bumu ötən əsrin 60-70-ci illərində olub. O zaman 60 reaktor yaradılaraq paylayıcı şəbəkələrə qoşulub, yəni, indikilərin üçdə ikisi. Bu sürətlə elektrik enerjisi hasilatını qaydasına salmağa imkan verdi, məişət və sənaye tələbatını təmin etdi, həmçinin həm atom, həm də əlaqədar sahələrdə çoxlu sayda iş yeri yaratmağa imkan verdi. Lakin zamanın qaçısı dayanmır və Amerikanın bu yaxınlaradək qürür yeri sakit və səssiz ömrünü başa vurur. Hələ iki il əvvəl amerikalıların 94 reaktoru var idi və aydın olduöu kimi, onlardan altısı bu vaxt ərzində zamanını doldurdu.
Атомная электростанция, фото из архива
Parkın qocalması istehsal öhdəliyini ləğv etmir, ona görə də amerikalı energetiklər daima istehsal həcmlərini artıraraq onu indiki səviyyəyə çatdırıblar. Birgə güc 96 gigavattdan çox olmaqla, yerli atomçular hər il saatda 790 gigavatt elektrik enerjisi generasiya edirlər. Bu isə dövlət enerji balansında düz iyirmi faizdir.
Az nəzərə çarpan, lakin çox vacib detal ondan ibarətdir ki, ABŞ-da dinc atomun bazasında generasiya payı bu onilliklərin gedişində praktiki olaraq dəyişilməz qalıb. Əgər enerji bloklarının sayı sabit olaraq azalırsa, istehsal isə artırsa, faiz payı isə dəyişmirsə, bu, orta yaşı çoxdan 40-ı keçmiş istehsal infrastrukturuna getdikcə artan yüklənmədən xəbər verir.
Proseslərin mahiyyəti aydın olsun deyə analogiyadan istifadə edək. Təsəvvür edin ki, sizin çaydanınız var. Atanız o çaydanda əvvəllər gündə üç dəfə özü üçün çay qaynadıb, indi isə çaydan bütün günü sobanın üzərindədir və fiziki imkanlarının son həddində işləyir. Çaydana, həm də enerji blokuna əsas vəzifəsini - suyu qaynatmağı həyata keçirmək üçün yanacaq lazımdır.
Bu halda biz əlbəttə ki, zənginləşdirilmiş urandan danışacağıq.
Atom iddiaları olan aparıcı dünya ölkələri həmişə tamamiləməntiqi olaraq öz energetikaları üçün təhlükəsizliyə çalışıblar - Birləşmiş Ştatlar da istisna deyil. Ötən əsrin 60-cı illərinin əvvəllərində Vaşinqton beş faizə qədər zənginləşdirilmiş uran-235-in izotopunun emalı ilə məşğul olan üç fabrikin tikintisinə maliyyə ayırıb. Bunlar Tennessi ştatındakı Oak Ridge, Kentukkidəki Paducah və Ohayodakı Portsmouth müəssisələri idi. Lakin bu fabriklərə radioaktiv metalın oksidi tədarük edilirdi, o da zənginləşəndən sonra uran heksafloridinə, yəni, enerji blokunun bətnində bölünmə reaksiyasının vacib komponenti olan son yanacağa çevrilirdi.
Hər üç fabrik təxminən 30 il vicdanla işlədilər və 1992-ci ildə kollektiv surətdə bağlandılar. Hazırda Ştatların şərti olaraq cəmi bir bu tipli müəssisəsi var. Şərti ona görə ki, Nyu-Meksiko ştatının Eunice şəhərciyindəki zavod Britaniyanın özəl Urenco şirkətinə məxsusdur. Uranın zəngnləşdirilməsi qaz sntrifuqalarının köməyilə edilir, lakin istehsal gücü - 4,9 milyon vahid bölücü iş (SWU) - ABŞ atom elektrik stansiyalarının tələbatının yalnız beş faizini görür. Urenco-nun Almaniyada analoji müəssisəsi var və o da Westinghouse korporasiyasının xeyrinə işləyir, lakin təxminən doxsan reaktoru yanacaqla təmin etmək fiziki cəhətdən mümkün deyil.
Ona görə də amerikalılar çoxdan zəruri şeylər xaricdan alırlar.
Uran məhsulu tədarükünün yarısı Qazaxıstan, Özbəkistan və Rusiyanın payına düşür. Asanlıqla anlamaq olar ki, Rusiya burada əsas rol oynayır, çünki nəinki faydalı qazıntılara, həm də onların zənginləşdirilməsi imkanlarına malikdir. Bəli, düzdür, hələ 1993-cü ilin fevralında Moskva ilə Vaşinqton ikitərəfli razılaşma imzalaylblar. Razılaşmaya əsasən ABŞ tərəfi yüksək zənginləşdirilmiş silah uranı almalı idi. Bu uran Rusiya güclərində aşağı zəngin yanacağa çevrilirdi və ondan sonra ABŞ-a göndərilirdi. Əməkdaşlıq 2013-cü ildək davam etdi. Həmin il Amerika tərəfinin təşəbbüsü ilə müqavilə avtomatik olaraq uzadıldı, lakin bunun ardınca Krım baharı baş verdi və Vşainqton razılaşmadan çıxdı. Prezident Obama administrasiyası pafosla özlərinin ikinci zənginləşdirici fabrikinin tikntisini anons etdi və Rusiya ilə əməkdaşlığı qadağan etdi.
Lakin bu sadəcə xəbərsiz küləvi istehlakçını aldatmağa yönəlmiş duman idi. Embarqo Ştatların Rusiyadan birbaşa uran almayacağını nzərdə tuturdu, lakin sənəddə üçüncü ölkələrdən alışlar barədə heç nə deyilmirdi. Ona görə də amerikalılar arxayın şəkildə Qazaxıstan və Özbəkistandan filiz alırdılar və Rusiyanın "TVEL" şirkəti ilə ayrıca müqavilələr imzalayırdılar. "TVEL" uranın zənginləşməsini, yanacaq həblərinin düzəldilməsini həyata keçirərək onları Urenco-nun zavoduna ötürürdü, orada onlar istilik ayıran qurğulara yerləşdirilirdilər. Formal şəkildə qadağan tam olaraq yerinə yetirilirdi, Rusiyadan Ştatkar heç nə almırdılar, alış Qazaxıstanda həyata keçirilirdi və hətta zənginləşdiriləndən sonra yanacaq hüquqi cəhətdən yenə də Qazaxıstanın sayılırdı.
Bax belə bir hüquqi kazuistika və geosiyasi əllərin məharəti.
Ehtiyatlı bir proqnoz verməyə çalışaq.
Proqnoz ondan ibarətdir ki, davam edən enerji böhranı zamanı ABŞ səxavətlə və sırf öz energetiklərinin xahişi ilə Rusiya uranına qarşı maneə sanksiyaları tətbiq etməməyə razılaşacaq. Bu qərar öz vətəndaşlarına qayğı mövqeyindən qələmə veriləcək. Daha əvvəl Rusiya neft məhsullarının idxalı da tam olaraq salxnılmışdı. Müttəfiqlərə və ABŞ ictimaiyyətinə bildirəcəklər ki, bu tədbirlər sırf son enerji daşıyıcılarının qiymətlərinin artımına imkan verməmək üçün atılır. Birincilər adətlərinə uyğun olaraq səslərini çıxarmayacaqlar, seçicilər isə payız seçkiləri ərəfəsində artan narazılıqlarını azaldacaqlar.
Sadə dillə desək, Rusiya xammalı və yanacağı olmadan nəinki Avropada, Ştatlarda da hər beşinci ailə mənzilində işıqsız qala bilər.
Martın birində Rusiyanın İl-76 nəqliyyat təyyarəsi "Moxovse" AES üçün nüvə yanacağını xüsusi reyslə Bratislavaya çatdırıb.
Slovakiyanın da ölkəmizə qarşı sanksiyalara qoşularaq səmalarını Rusiya təyyarələrinin keçidi üçün bağlamasını yada salmasaq, bu adi hadisədir. Doğrudur, göründüyü kimi, əgər bu, çox zəruridirsə, pərdəni bir az da açmaq olar.
Daha bir xəbər isə ondan ibarətdir ki, ABŞ-a görə Cənubi Avropanın əsas qaz qovşağına çevrilmək kimi unikal bir imkanı itirən Bolqarıstan yeni atom elektrik stansiyası tikmək barədə fikirləşir. Sofiya qonşu Yunanıstanı səhmlərdə iştirak etməyə və Bolqarıstanda nüvə elektrik stansiyası layihəsini maliyyələşdirməyə dəvət edib. Burda da işə Rusiya qarışıb.
Bolqarlar pula qənaət etmək üçün yeni stansiyanın tikintisində əvvəllər "Belene" atom elektrik stansiyasının layihəsi çərçivəsində Rusiyanın “Atomstroyeksport” şirkətindən aldıqları 800 milyon dollar dəyərində avadanlıqdan istifadə etməyə hazırlaşırlar. Vaşinqtonun təzyiqi ilə bolqarlar bütün tender prosedurlarını pozaraq Rosatom-a iştirakdan imtina edərək Westinghouse ilə məcburi müqavilə bağlayıblar. Sonuncu 2016-cı ildə tikintiyə başlayacağını, 2021-ci ildə isə yeni stansiyanın istifadəyə veriləcəyini vəd edib.
Göründüyü kimi isə hələ işə başlanılmayıb və bu səbəbdən bolqarlar anbarlarda yatan rus texnikasından istifadə etməyə hazırlaşırlar.
Kollektiv Qərb hamını, ilk növbədə bizi Rusiyanı sanksiyalarla məhv edə biləcəyinə, eyni zamanda resurs və istehsal ehtiyaclarını təmin edə biləcəyinə nə qədər inandırmağa çalışsa da, hələ ki, bu çox pis alınır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.