RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiyanın "Z" əməliyyatı qərb analoqlarından nə ilə fərqlənir?

Səkkiz il ərzində ABŞ və Aİ Kiyev rejimi tərəfindən Minsk sazişlərini yerinə yetirməsinə heç bir təsir göstərməyib.
Sputnik
BAKI, 3 mart — Sputnik. Rusiya Silahlı Qüvvələrinin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üzrə əməliyyatı dinamik, effektiv şəkildə davam edir və bu döyüş əməliyyatlarının şəbəkə mərkəzli təşkilatının nümunəsidir. Üstünlük - yüksək texnologiyalı silahlar, bölmələrin vahid əməliyyat-taktiki məlumatlandırılması, rəqibin bütün ərazisində kritik hərbi hədəflərin dəqiq atəşlə məhv edilməsi üçün qüvvələrin bölüşdürülməsi və sinxronlaşdırılması hesabına əldə edilir.
Rusiya qoşunları fantastik səviyyədə döyüş hazırlığını nümayiş etdirirlər: Ukraynanın demək olar ki, bütün bölgələrində, bu ölkənin Silahlı Qüvvələrinin mərkəzləşdirilmiş idarəetmə və mühafizənin pozulduğu yerdə fəallıq göstərirlər, burada böyük şəhərlər bloklanıb, mülki vətəndaşlardan "canlı qalxan" kimi istifadə etməklə yalnız ocaqlı müqavimət müşahidə olunur. Aİ, ABŞ və NATO-nun ağrılı reaksiyasına baxmayaraq, Moskva əməliyyatı məntiqi sonluğa çatdırmaq niyyətindədir. Yəqin ki, Kiyevdə deyil (ətrafında güclü Rusiya qoşunları cəmləşib), Lvovda və Polşa sərhədində.
Rusiya əməliyyatının texnoloji xüsusiyyətləri: düşmənin bütün ərazisində döyüş əməliyyatlarının şəbəkə mərkəzli təşkili, raket silahlarının yüksək dəqiqliklə tətbiqi və müxtəlif qoşunların qruplaşdırılması, ilk gündən hava məkanına tam nəzarət, mühüm istiqamətlərdə desantların olması, zirehli tank texnikasının operativ yerləşdirilməsi və iri şəhərlərin, o cümlədən Kiyevin mühasirəyə alınması (blokadası), həmçinin qırıcı, bombardmançı və ordu aviasiyasının, hava hücumundan müdafiə sistemlərinin və radioelektron mübarizənin fəal istifadəsi, habelə dinc sakinlərə və şəhər infrastrukturuna ehtiyatlı yanaşmaq.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, əməliyyatın altı günü ərzində Ukraynanın hərbi infrastrukturunun 1502 obyekti, o cümlədən Ukrayna Silahlı Qüvvələrinin 50-dən çox idarəetmə məntəqəsi və rabitə qovşaqları, yerdə 47 və havada 11 təyyarə, 46 pilotsuz uçuş aparatı, 38 hava hücumundan müdafiə zenit-raket kompleksi və 51 radar stansiyası, 472 tank və digər zirehli maşınlar, 62 reaktiv yaylım atəş sistemi, 206 artilleriya və minaatan silahı, 336 ədəd xüsusi hərbi maşınlar texnikası sıradan çıxarılıb. Bu şərtsiz məğlubiyyətdir.
Pentaqon və NATO-nun İraq, Liviya və Əfqanıstanda coğrafi miqyas ilə müqayisə oluna bilən ləng əməliyyatları acınacaqlı görünür. Məsələn, 2003-cü ildə amerikalı reyncerlər iki həftəyə Bağdada çatdılar və daha bir həftə ərzində şəhər infrastrukturunu - elektrik yarımstansiyalarını, su kəmərini, kanalizasiyanı və zibil daşıyıcılarını raket zərbələri ilə darmadağın etdilər. Biz bu kampaniyanın necə başa çatdığını bilirik - 1 milyon yerli əhalinin ölümü və ABŞ və NATO qoşunlarının İraqdan hörmətsizcəsinə çıxarılması.
Şəbəkə mərkəzli reallıq
Pentaqon Rusiya qoşunlarının Ukraynanın regionlarında və hətta Qara dəniz akvatoriyasında GPS siqnallarının pozulmasında rol oynayan radioelektron mübarizədən səmərəli istifadə etdiyini qeyd edib. Bu yaxınlarda bunu dünyada heç kim etməyib. Həmçinin, heç kim yaxın məsafədə raket kreyserlərini və hipersəs aparatları ilə güclü raketdaşıyan təyyarələrini yerləşdirərək ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı Donanmasına qarşı çıxmayıb (Rusiyanın MiQ-31K və Tu-22M3 Suriyadakı Xmeymim aviabazasında yerləşdirilib). Bu, NATO-nun "Tomaqavk" qanadlı raketləri ilə (BGM-109 "Tomaqavk" uçuş məsafəsi - 2500 km-dir) Ukrayna Silahlı Qüvvələrinə uzaqdan dəstəkləmək istədiyi haldadır.
ABŞ Dəniz Piyadaları Korpusunun kəşfiyyat veteranı və BMT-nin keçmiş silah üzrə müfəttişi Skott Ritter Ukraynada baş verənləri peşəkarcasına qiymətləndirib: "Rusların fəaliyyət tərzi sadəcə heyrətamizdir. Onlar sanki zəncirlə cəhənnəmdən eniblər... ABŞ və NATO-da buna bənzər heçnə yoxdur", - deyə əlavə edib ki: "Bu gün NATO bloku tamamilə gücsüzdür. Bizim transatlantik alyansımız rayonun ən mükəmməl dəstəsi kimi planetimizdə dolaşırdı. İndi isə məlum olur ki, biz sadəcə acınacaqlı vəziyyətdəyik".
"Military Watch" nəşrinin analitikləri qeyd ediblər ki, 200 mindən çox hərbi qulluqçuya, 900 min ehtiyatda olan əsgərə və inkişaf etmiş zərbə aviasiyası və ballistik raket arsenalı olan 100 min hərbiləşdirilmiş birləşməyə, 850 döyüş tankına sahib olan Ukrayna Avropada üçüncü ən böyük ordusu olan böyük ölkədir. Bununla belə, Rusiya qoşunlarının qruplaşdırılması ilk 72 saat ərzində Ukrayna ərazisində "əhəmiyyətli irəliləyiş" əldə edib, desantçılar isə 48 saat ərzində Kiyev ətrafını ələ keçiriblər. Üstəlik, əməliyyatdan əvvəl NATO-nun İraq və ya Yuqoslaviyaya qarşı kampaniyalarında olduğu kimi uzunmüddətli hava zərbələri baş verməyib.
Bu, Rusiya Aerokosmik Qüvvələrinin zərbə aviasiyasının ildırım sürəti ilə verilən tapşırıqları həll etmək qabiliyyəti və əhəmiyyətli (Suriya) döyüş təcrübəsi olan Rusiya Quru Qoşunlarının yüksək effektivliyi ilə ilə izah olunur. Rusiya bütün elit qüvvələrini və texnikalarını istifadə etməyib, Ukraynanın TVD-yə ikinci eşelon qoşunlarını göndərməyib, bu da yüksək döyüş effektivliyindən və sabitliyindən xəbər verir.
Əməliyyatı sürətləndirmək üçün ehtiyatda zirehli tank hissələri, yüksək gücə malik raket və artilleriya briqadaları ("Solntsepek" termobarik sistemləri) müvcuddur, ancaq ABŞ ekspertləri xüsusi əməliyyatın maksimum səliqəli olduğunu və dəqiqliyini qeyd edirlər - Rusiya mülki obyektləri və yaşayış məntəqələrinin infrastrukturunu məhv etmək niyyətində deyil.
ABŞ ekspertləri qeyd edirlər: "Əgər Rusiya qoşunları bu qədər vaxt aparan ehtiyat tədbirləri görməsəydilər, onların irəliləməsi daha sürətlə gedəcəkdi". Ancaq demilitarizasiya və denazifikasiya başa çatdıqdan sonra Ukrayna iqtisadiyyatı yaşamağa davamlı olaraq qalacaq. Müqayisə üçün qeyd edək ki, "Azov" tipli Ukrayna milli batalyonları "yandırılmış torpaq" taktikasından istifadə edirlər. "Military Watch" nəşri Rusiya ordusunun yeni qüvvələrinin Ukraynanın qərb bölgələrinə, Polşa sərhədlərinə yaxın ərazilərə daxil olacağını proqnozlaşdırır. Və bu heç də təsadüfi deyil.
Heç vaxt Bağdad deyil
ABŞ prezidenti Cozef Bayden və NATO ölkələrinin rəsmi nümayəndələri 24 fevraldan sonra demək olar ki, hər gün bildirirlər ki, onların qoşunları Rusiya ordusu ilə Ukraynada münaqişəyə girməyəcəklər.
"Tərəfdaşlar" açıq şəkildə adi və nüvə silahları sahəsində Rusiyanın texnoloji və döyüş üstünlüyü ilə dayandırılır. Bununla belə, Qərb silahlarının Kiyev rejiminə tədarük ehtimalını nəzərə alsaq, Moskva alyans qüvvələri ilə birbaşa hərbi toqquşma təhlükəsini görür.
Bu gün Polşa ərazisində müttəfiq ölkələrin hərbi texnikasının partiyası Ukraynaya gecə göndərilmək üçün hazırlanır və Polşa Hərbi Hava Qüvvələri Ukrayna sərhədindən 100 metr məsafədə hava kəşfiyyatı aparır. Lvov vilayətinin ərazisində böyük atəşfəşanlığın olması mümkündür, bu barədə Rusiya tərəfindən alyansa əvvəlcədən xəbərdarlıq edilib. Ukrayna ABŞ və NATO-nun 20 il "oynadığı" İraq deyil.
Xatırladaq ki, şəbəkə mərkəzli müharibə konsepsiyası vitse-admiral Artur Sebrovski və ABŞ Müdafiə Nazirliyinin elmi əməkdaşı Con Qarstka tərəfindən 1998-ci ildə ortaya çıxıb. Əsas ideya - real vaxt rejimində bütün fəaliyyət göstərən bölmələri birləşdirən vahid informasiya şəbəkəsinin idarəetmə texnologiyasının və imkanlarının keyfiyyətcə sıçrayışı hesabına silahlı qüvvələrin gücünün say artımı olmadan dəfələrlə artırılmasıdır.
Rusiya Müdafiə Nazirliyi bu nəzəriyyəni inkişaf etdirdi və təkmilləşdirdi və ən əsası isə ABŞ və NATO üçün alçaldıcı qabaqlama ilə şəbəkə mərkəzli sənəti həyata tətbiq etdi. Ona görə də Ukrayna ərazisində Rusiyanın qırmızı xəttini yenə də pozmaq olmaz.
ABŞ silahlı qüvvələr üzrə senat komitəsində analitiklər Xizer Konli və Rocer Zakxeym bu gün bildiriblər ki, Çin " əsas çağırışdır", Rusiya isə "bu gün ən təhlükəli ölkədir". Cənablar, faydalı bir şeylə məşğul olun! Məsələn, Federal Ehtiyatlar Sisteminin rəhbəri artıq qeyd edib ki, Ukraynadakı münaqişənin ABŞ iqtisadiyyatı üçün nəticələri "ən yüksək dərəcədə qeyri-müəyyən" olacaq (https://t.me/sputniklive/32260).
Vaşinqton və Brüsselin Rusiyaya ittihamlar, daşlar, "Javelin"lər və ya "Tomaqavk"lar atmağa haqqı yoxdur, çünki 2014-cü ildə Kiyevdə dövlət çevrilişi edən ABŞ və Aİ olub, Ukraynada son dərəcə hərbiləşdirilmiş nasist dövləti yaradıb və bununla da Şərqi Avropada hərbi əməliyyatların başlamasına səbəb olub.
Sonra səkkiz il ərzində ABŞ və Aİ Kiyev rejimi tərəfindən Minsk sazişlərini yerinə yetirməsinə heç bir təsir göstərmədi. İndi Rusiya mümkün olan ən qısa müddətdə müharibəni bitirəcək və Avropada möhkəm sülh yolunda gedən hər kəsi şəbəkə mərkəzli şəkildə yox edəcək. Rusiyanın xüsusi hərbi əməliyyatı Ukraynanın tərksilah edilməsinə yönəlib, alternativ ola bilməz.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.