BAKI, 3 mart — Sputnik. Erməni işğalından azad olunmuş ərazilərdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitabtoplama kampaniyasına Azərbaycan Bəstəkarlar İttifaqı da qoşulub.
Sputnik Azərbaycan xəbər verir ki, martın 3-də Azərbaycan Bəstəkarlar İttifaqı 22 nüsxə kitabı və Azərbaycan bəstəkarları və musiqiçiləri haqqında 54 nüsxə bukleti işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna hədiyyə edib.
Xatırladaq ki, ötən ilin oktyabrında Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi "Qarabağa kitabla gedək" adlı kitabtoplama layihəsinə start verilib. Bu lahiyəyə ölkənin bir çox ali təhsil müəssələri və kitabxanalar qoşulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.