FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Havada yaz qoxusu var: Bakının mərkəzində Novruz bayramı yarmarkası – Foto

Fəvvarələr meydanında “Nargis” Fondunun təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş ən gözlənilən “Torpaq Əlimdə, Bahar Ürəyimdə” xeyriyyə yarmarkası açılıb.
Sputnik
Novruz Azərbaycanda geniş miqyasda qeyd olunan və ən məşhur bayramdır. Ölkə sakinləri martın əvvəlindən bu bayrama hazırlaşırlar, bayram günlərində gəzintilər üçün sevilən yer isə Bakının mərkəzi hissəsidir.
1 / 15

Bu baxımdan təşkilatçılar yarmarkanın Novruza xas olan rəngləri, ətirləri, ənənəvi şirniyyatları və simvolları ilə bütün koloritini çatdırmaq üçün əllərindən gələni ediblər.

2 / 15

Yarmarkada qırxdan çox ev quraşdırılıb.

3 / 15

Onların hər biri bir məşhur brendi təmsil edir.

4 / 15

Evlərdə suvenirləri, əl işlərini və müəlliflərin eksklüziv bəzək əşyalarını görmək olar.

5 / 15

Novruz bayramına həsr olunmuş “Torpaq Əlimdə, Bahar Ürəyimdə” xeyriyyə yarmarkası.

6 / 15

Yarmarkaya gələrkən siz təkcə bayram əhval-ruhiyyəsinə qərq olmursunuz, eyni zamanda müxtəlif suvenirlər ala, yemək yeyə, dostlarınız və qohumlarınızla asudə vaxt keçirə bilərsiniz.

7 / 15

Yarmarkanın ziyarətçiləri Novruz simvolu – səməni fonunda, həmçinin bu bayramın məşhur qəhrəmanları Keçəl, Kosa və Bahar qızı, uşaqların heç birinin biganə qalmayacağı müxtəlif məşhur cizgi filmlərinin qəhrəmanları ilə şəkil çəkdirə bilərlər.

8 / 15

Bakının mərkəzində “Torpaq Əlimdə, Bahar Ürəyimdə” xeyriyyə yarmarkası.

9 / 15

Yarmarkada uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş xüsusi oyun zonaları yaradılmışdır.

10 / 15

Ac olan ziyarətçilər isə küçə yemək stendlərini gəzə, isti yemək pavilyonlarında isinə və isti içkilərdən – samovar çayı, qəhvə və hətta qlintveyndən həzz ala bilərlər.

11 / 15

Bakının mərkəzində “Torpaq Əlimdə, Bahar Ürəyimdə” xeyriyyə yarmarkası.

12 / 15

Bu il yarmarkada toplanan bütün vəsait ağır xəstəlikdən əziyyət çəkən uşaqların müalicəsinə, o cümlədən, aztəminatlı ailələrə və Vətən Müharibəsi şəhidlərinin yaxınlarına yardıma yönəldiləcək.

13 / 15

Bakının mərkəzində Novruz bayramına həsr olunan xeyriyyə yarmarkası.

14 / 15

Tədbir aprelin 10-dək davam edəcək.

15 / 15

Novruz bayramına həsr olunan ilk xeyriyyə yarmarkası 2019-cu ildə təşkil olunub.

16/16 Sonrakı illərdə pandemiya səbəbindən yarmarka təxirə salındı. AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, Azərbaycanda yaz gecə-gündüz bərabərliyi martın 20-si saat 19:33-də olacaq. Bu zaman Günəş ekvatoru kəsərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır.