SƏHİYYƏ

COVID-19 infeksiyasından ana ölümü halları qeydə alınmayıb

Koronavirusa yoluxması təsdiqlənən bütün hamilə qadınların qeyd olunan klinikalara göndərilir.
Sputnik
BAKI, 3 mart — Sputnik. Son 6 ay müddətində COVID-19 infeksiyasından ana ölümü halları qeydə alınmayıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-ginekoloq Şəymən Qədimova deyib.
Nazirlik rəsmisi bildirib ki, COVID-19 pandemiyasının ilk günlərindən etibarən virusa yoluxan hamilə qadınlara respublikanın 2 böyük klinikası - Kliniki Tibbi Mərkəz və Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası xidmət göstərir:
"Sevindirici haldır ki, son 6 ay müddətində COVID-19 infeksiyasından ana ölümü halları qeydə alınmayıb. Koronavirusa yoluxması təsdiqlənən bütün hamilə qadınların qeyd olunan klinikalara göndərilir. Ona görə də statistika respublika üzrə hesab olunur".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.