BAKI, 3 mart — Sputnik. Londonda yerləşən “ICE Futures” birjasının məlumatına görə, Avropada qazın qiyməti tarixi rekord vurduqdan sonra düşməyə başlayıb və hazırda min kubmetr üçün qiymət 1900 dollardan aşağı düşüb.
Səhər saatlarında min kubmetr qaz üçün qiymət rekord 2 min 279 dollar idi.
Qeyd edək ki, Avropada qaz qiymətləri son günlər güclü dəyişkənlik nümayiş etdirib. Ümumiyyətlə, Ukraynada baş verən hadisələr fonunda qaz daha da bahalaşmağa başlayıb.
Ekspertlər qiymət artımını bir neçə amillə əlaqələndiriblər. Asiyada mayeləşdirilmiş təbii qaza (LNG) yüksək tələbat, əsas təchizatçılardan tədarükün məhdudluğu və Avropada anbarlarda qaz ehtiyatlarının az olması səbəb kimi göstərilir.
2 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 min 226 dollaradək yüksəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.