BAKI, 2 mart — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 9,6 dollar artaraq 111,9 dollar təşkil edib.
Dünyada baş verən hadisələr fonunda birjalarda neft qiymətləri bahalaşıb.
London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 4,88 dollar artaraq 109,85 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 4,85 dollar artaraq 108,26 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti fevralın 25-də (106,22) qeydə alınmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.