RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

RF danışıqlarda təhlükəsizlik təminatlarını müzakirə etməyə hazırdır - Lavrov

Çərşənbə günü Belarusun Belta agentliyi Rusiya nümayəndə heyətinin Ukrayna tərəfi ilə Belarus ərazisində keçiriləcək danışıqlar yerinə getdiyini bildirib.
Sputnik
BAKI, 2 mart - Sputnik. Rusiya Ukrayna ilə danışıqların ikinci raundu zamanı təhlükəsizlik təminatları məsələsini müzakirə etməyə hazırdır. RİA Novosti-nin xəbərinə görə, bu sözləri Xarici işlər naziri Sergey Lavrov deyib.
Nazir Zelenskinin təhlükəsizlik zəmanəti almaq istəyi ilə bağlı açıqlamaları müsbət addım adlandırıb.
Eyni zamanda, nazir vurğulayıb ki, Rusiyanın Ukraynaya qarşı tələbləri onun təslim olması kimi qiymətləndirilə bilməz, Moskva danışıqlara getməyi təklif edir.
Lavrov onu da əlavə edib ki, Ukraynadakı əməliyyatın vəzifəsi heç vaxt orada yerləşdirilməyəcək zərbə silahlarının konkret növlərini müəyyən etməkdir.
Qeyd edək ki, bir qədər əvvəl Ukrayna Ali Radasının “Xalqın qulluqçusu” fraksiyasının rəhbəri, Ukrayna nümayəndə heyətinin üzvü David Araxamia Rusiya Federasiyası ilə danışıqların çərşənbə günü baş tutacağını bildirib. RİA Novosti-nin xəbərinə görə, danışıqların olub-olmayacağı ilə bağlı sualı cavablandırarkən o, Facebook səhifəsində “Olacaq” yazıb.
Bir müddət əvvəl görüşün təşkilatçılarına yaxın olan belaruslu politoloq Yuri Voskresenski RİA Novosti-yə bildirib ki, Rusiya-Ukrayna danışıqlarının ikinci mərhələsi martın 2-də Belarusda Polşa ilə sərhədə yaxın ərazidə keçirilə bilər.
Danışıqların dəqiq vaxtı barədə məlumat verilməyib.
Çərşənbə günü Belarusun Belta agentliyi Rusiya nümayəndə heyətinin Ukrayna tərəfi ilə Belarus ərazisində keçiriləcək danışıqlar yerinə getdiyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SİYASƏT
Ceyhun Bayramov Rusiya ilə Ukraynanı dialoqa çağırıb