BAKI, 2 mart — Sputnik. "Google Discover" və "Google News" xidmətləri "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin materiallarının nümayişini bütün resurslarında məhdudlaşdırıb. BİA hesab edir ki, bu senzuradır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə mediaqrupun mətbuat xidməti məlumat yayıb.
BİA-nın mətbuat xidmətinin açıqlamasında bildirilib ki, "Google Discover" və "Google News" agentliyin materiallarının nümayişini bütün resurslarında məhdudlaşdırıb:
"Hesab edirik ki, "Google"un əsas xəbər kanallarında materiallarımızı süni şəkildə bloklanması gizli senzura və informasiya gündəliyi ilə manipulyasiyadır.
Bundan başqa ABŞ şirkəti "META" agentliyin bütün resurslarının tətbiqlərini qeyri-aktiv edib. "Google Discover" və "Google News"un addımından sonra "META"nın bunu etməsini senzuranın aydın təzahürü hesab edirik.
"Rossiya Seqodnya" beynəlxalq informasiya agentliyidir və onun missiyası dünyada baş verən hadisələri operativ və balanslı işıqlandırmaq, əsas hadisələrlə bağlı müxtəlif mövqelər barədə tamaşaçıları məlumatlandırmaqdır".
"Rossiya Seqodnya" beynəlxalq informasiya agentliyi tərkibində bir neçə strukturu - xaricdə - Sputnik beynəlxalq informasiya agentliyi və radiosu, Rusiyada "RİA Novosti", "Praym", "İnoSMİ", "ukraina.ru", "Baltnews" və "ТОК" - birləşdirir. "Rossiya Seqodnya"nın xəbərlərini mətbuat xidmətinin "Zubovski 4" teleqram kanalında izləyə bilərsiniz.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.