BAKI, 2 mart — Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncədə ev sahibinin yanaraq ölməsi ilə bağlı məlumat yayıb.
FHN-dən Sputnik Azərbaycan-a daxil olan məlumatda deyilir:
"Gəncə şəhərinin Nizami rayonunda ümumi sahəsi 400 m² olan birmərtəbəli altı otaqlı evin 4 otağının yanar konstruksiyaları və dam örtüyü 100 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1948-ci il təvəllüdlü Hüseynov Tofiq Müseyib oğlunun (yataq xəstəsi) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.