RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Bu gün azərbaycanlılar Kiyevdən qatarla çıxarılacaqlar

Qatara minik biletsizdir, canlı növbə əsasında həyata keçiriləcək.
Sputnik
BAKI, 2 mart - Sputnik. Bu gün saat 12:00-da Kiyevin dəmir yol vağzalından Mogilyov-Podolsk şəhərinə qatar yola düşəcək. Qatar Ukraynadakı vəziyyətlə bağlı ciddi təhlükə ilə üzləşmiş Azərbaycan Respublikası vətəndaşları üçün planlaşdırılıb.
Bu barədə Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyindən Report-a bildirilib.
Qatara minik biletsizdir, canlı növbə əsasında həyata keçiriləcək.
Dəmir yolu vağzalının ünvanı Vokzalna Ploşad 1-dir.
Fövqəladə vəziyyəti nəzərə alaraq, qatarın yola düşmə vaxtından 1,5-2 saat öncə vağzalda olmaq, ən ciddi ehtiyac olan şəxsi əşya götürmək tövsiyə olunur.
Son məntəqəyə çatdıqdan sonra vətəndaşların Ukrayna-Moldova sərhədini keçmələri gözlənilir. Vətəndaşlarımızın Moldova ərazisində yarana biləcək məsələləri ilə bağlı Azərbaycan Respublikasının Moldovadakı Səfirliyi ilə əlaqə saxlamaq olar:
+373 781 81 361
+373 789 91 849
+373 222 32 277
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.