İQTİSADİYYAT

Azərbaycan İranda İƏT-in toplantısına qatılacaq

Toplantıda iqtisadi əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, nəqliyyat, tranzit, ticarət imkanları müzakirə ediləcək.
Sputnik
BAKI, 2 mart — Sputnik. Martın 4-5-də İranın Bəndər-Abbas liman şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) toplantısı keçiriləcək.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, tədbirdə Azərbaycanı İrandakı səfirimiz və yanındakı daimi nümayəndə Əli Əlizadə təmsil edəcək.
İƏT yanındakı daimi nümayəndələrin iştirakı ilə keçiriləcək toplantıda iqtisadi əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, nəqliyyat, tranzit, ticarət imkanları müzakirə ediləcək.
Daimi nümayəndələr körfəz sahilindəki Bəndər-Abbas və Şəhid Rəcayi limanlarının iş prinsipi və yükaşırma imkanları ilə tanış olacaqlar. Bununla yanaşı, daimi nümayəndələrin Hörmüzgan vilayətinin rəhbəri, vilayətin ticarət və sənaye palatasının üzvlər ilə də görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, İƏT 1984-cü ildə Türkiyənin İzmir şəhərində Türkiyə, İran və Pakistan tərəfindən iqtisadi əlaqələrin inkişaf etdirilməsi və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə yaradılıb.
Sovet İttifaqı dağıldıqdan sonra - 1992-ci ildə Azərbaycan, Tacikistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Əfqanıstan da bu təşkilata üzv olaraq iqtisadi əlaqələrini genişləndirməyə çalışırlar.
İƏT-in mənzil qərargahı Tehran şəhərində yerləşir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
NEFT-QAZ
Avropada qazın qiyməti astronomik həddə çatdı