BAKI, 2 mart — Sputnik. Avropada təbii qazın qiyməti son bir saat ərzində sürətlə bahlaşmaqdadır.
Sputnik Azərbaycan xəbər verir ki, bu gün keçirilən hərraclarda Avropada qazın min kubmetrinin qiyməti 2 min 226 dolları keçib.
Bundan öncə Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də aprel fyuçerslərinin qiyməti 1866,3 dollar təşkil etmişdi.
Qeyd edək ki, ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1000 kubmetrinin qiyməti 1480 ABŞ dollarına yaxın səviyyədə qərarlaşıb.
Xatırladaq ki, ötən ilin dekabrın 21-də gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2190,4 dollaradək yüksəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.