BAKI, 1 mart - Sputnik. Ukrayna Prezidenti Volodimir Zelenski CNN telekanalına müsahibəsində bildirib ki, rusiyalı həmkarı Vladimir Putinlə danışıqlara hazırdır.
"Dünya artıq başa düşür ki, hələ ki RF prezidenti ilə danışmağa hazır olanlar var, o cümlədən də mən, onu o masanın arxasında oturtmaq lazımdır", - Zelenski deyib.
Bundan öncə Zelenski danışıqlar üçün ilkin şərtlərini açıqlamış, demişdi ki, danışıqlar masası arxasında əyləşmək üçün öncə atəşi dayandırmaq gərəkdir.
O, həmçinin qeyd edib ki, əgər NATO Ukraynanı alyansa qəbul etmək istəmirsə, o zaman Kiyevə təhlükəsizlik zəmanəti verməlidir.
Ukrayna Prezidenti müharibənin tezliklə bitəcəyinə ümid etdiyini söyləyib.
Xatırladaq ki, fevralın 24-ü səhər Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Həmin gündən etibarən Ukraynanın bir neçə şəhərində insanlar metro stansiyalarından sığınacaq kimi istifadə edirlər. Ukraynanın paytaxtı Kiyevdə komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib. Dövlət qurumları insanları bomba sığınacaqlarına yollanmağa çağırıb. Hava hücumu barədə xəbərdarlıq həmçinin Lvovda elan olunub. Qeyd edək ki, paytaxt Kiyevi tərk edən xarici səfirliklərin xeyli hissəsi məhz bu şəhərə köçüb. Bombalanan Ukrayna şəhərləri uğrunda ağır döyüşlər gedir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.