BAKI, 1 mart - Sputnik. Dünya bazarlarında neft və qazın qiymətləri qalxıb.
Sputnik Azərbaycan bildirir ki, çərşənbə axşamı Avropada, ICE Futures birjasında qaz fyuçerslərinin qiyməti 1 min m3 üçün 20% artaraq 1400 dollardan yuxarı olub. Sonra isə 17-18%-dək artım həddində qərarlaşıb.
Son günlər Avropada qaz qiymətləri güclü volatillik nümayiş etdirir. Ümumilikdə isə fevralın 21-də Rusiya prezidenti Donbasdakı respublikaların tanınması barədə qərar verəndən, fevralın 24-dən isə Ukraynada xüsusi hərbi əməliyyat başlatdıqdan sonra artıb.
Fevralın ortasında fyuçerslər 800-1030 dollar/min m3 diapazonunda bağlanılırdı.
Neft qiymətləri də 8-9% artım göstərir. Brent markalı neftin qiyməti 2014-cü il avqustun 8-dən bəri ilk dəfə 106 dollar/1 barrel həddinə qalxıb.
Brent markalı neftin may fyuçersləri 8.42% artaraq 106.22 dollar/barrel, WTI neftinin aprel fyuçersləri isə 9.14% artaraq 104.47 dollar/1 barrel olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.