AZƏRBAYCAN XƏBƏRLƏRİ

Mehriban Əliyevadan Od çərşənbəsi ilə bağlı paylaşım - VİDEO/FOTO

Sputnik
BAKI, 1 mart - Sputnik. Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Od çərşənbəsi münasibətilə fotolar və video paylaşıb.
Sputnik Azərbaycan bildirir ki, paylaşılan videoda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Od çərşənbəsi münasibətilə təbriklərini çatdırıb.
Bu gün Azərbaycanda "Od çərşənbəsi" qeyd olunur. Sputnik Azərbaycan xəbər verir ki, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, fevralın 22-i Su çərşənbəsi qeyd olunub. Martın 1-i Od, 8-i Yel (Hava), 15-i isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.
Qeyd edək ki, yaz fəsli Azərbaycana martın 20-si saat 19:33-də daxil olacaq. Od çərşənbəsi "Boz ay"da qeyd edilən ikinci çərşənbədir.
İlin axır çərşənbələrindən ikincisi xalq arasında Xəbərçi çərşənbə, Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir.
Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarı yandırırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.