BAKI, 1 mart — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Belarusda hava hücumundan müdafiə sistemləri Rusiya qüvvələrinə arxadan zərbələrin endirilməsinin qarşısını almaq üçün hazır vəziyyətə gətirilib. Sputnik Azərbaycan bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
"Müdafiə naziri mənə daha beş batalyonla qərb sərhədini mühafizə etməyə hazır olması barədə məlumat verdi" - , o, Belarus Təhlükəsizlik Şurasının iclasında deyib.
"Biz bunu başqa cür edə bilmərik. Biz daim Qərb tərəfdaşlarımızdan təxribat gözləyirik. Ya siyasətdə, ya iqtisadiyyatda, ya da hərbi sahədə", - Lukaşenko bildirib.
Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Minsk Rusiyanın Ukraynadakı xüsusi əməliyyatında iştirak etməyi planlaşdırmır. Lukaşenkonun sözlərinə görə, Belarus ordusu hərbi əməliyyatlarda iştirak etməyib və iştirak etmir, bunu hər kəsə sübut edə bilər.
"Üstəlik, Rusiya rəhbərliyi heç vaxt bizimlə bu məsələni - silahlı münaqişədə iştirakımızla bağlı məsələ qaldırmayıb. Biz Ukraynada bu xüsusi əməliyyatda iştirak etməyə davam etmək fikrində deyilik. Belə bir ehtiyac yoxdur. Biz Brestdən Mozıra qədər dövlət sərhədini radikalların, silahların ölkəyə daxil olmasının qarşısını almaq üçün öz qüvvələrimizlə əhatə edirik", - Sputnik Lukaşenkonun sözlərindən sitat gətirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.