NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neftin qiyməti dəyişdi

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprelində ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 5,96% artaraq 97,05 dollara çatıb
Sputnik
BAKI, 28 fevral — Sputnik. ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" markalı neftin ixracına dair 2022-ci ilin may müqaviləsinin dəyəri 5,85% artaraq 1 barelə görə 99,63 dollar təşkil edib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprelində ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 5,96% artaraq 97,05 dollara çatıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25%-dir.
Bu barədə məlumatı "Report"a neft bazarındakı mənbə məlumat verib.
Qeyd edək ki, fevralın 23-də dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 1,35% və ya 1,34 dollar bahalaşaraq 100,68 dollara bərabər olub.
Bununla yanaşı, hazırda dünya bazarında neft markalarının etalon qiymətlərində cüzi ucuzlaşma müşahidə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.