AZƏRBAYCAN XƏBƏRLƏRİ

Martın ilk günündə hava necə olacaq? - PROQNOZ

Sinoptiklər yazın ilk ayının birinci günü Azərbaycan ərazisində havanın necə olacağı barədə proqnozu açıqlayıblar.
Sputnik
BAKI, 28 fevral — Sputnik. Mart ayının ilk günündə Azərbaycan ərazisində gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 7-9°, gündüz 10-14°, Bakıda gecə 7-9°, gündüz 12-14° isti olacaq.
Atmosfer təzyiqi 766 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 % olacaq.
Azərbaycanın rayonlarında martın 1-i hava əsasən yağmursuz olacaq, lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-8°, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.