AZƏRBAYCAN XƏBƏRLƏRİ

Daha bir icra başçısı vəzifəsindən azad edildi

Sputnik
BAKI, 28 fevral — Sputnik. Göyçayın icra başçısı vəzifəsindən azad edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla Mehdi İldırım oğlu Səlimzadə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Xatırladaq ki, prezidentin Sərəncamı ilə bu il yanvarın 19-da Abdin Ələsgər oğlu Fərzəliyev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Ölkə başçısının Sərəncamı ilə 2020-ci ildə Arif Adil oğlu Qasımov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən, Ceyhun Fərrux oğlu Cəfərov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.