HADİSƏ

Başına metal boru düşən çilingəri xilas etmək mümkün olmadı

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə cinayət işi başlanıb.
Sputnik
BAKI, 28 fevral — Sputnik. Fevralın 22-də rayonun Rəhimli kəndində Maqsud Musayevin iş görərkən xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Goranboy rayon Prokurorluğundan Sputnik Azərbaycan-a verilən xəbərə görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, rayonun Goranboy Suvarma Sistemləri İdarəsinin çilingəri vəzifəsində işləyən Maqsud Musayev rayonun Rəhimli kəndində su artezian quyusunda təmir işləri aparılarkən başına metal boru düşməsi nəticəsində xəsarət alıb və aldığı xəsarətlərdən fevralın 26-da müalicə aldığı xəstəxanada ölüb.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.