RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Ukrayna və Rusiya arasında danışıqların keçiriləcəyi yer bəlli oldu

Rusiya ilə danışıqlarda Ukraynanı Xarici İşlər Nazirinin müavini Nikolay Toçitski təmsil edəcək.
Sputnik
BAKI, 27 fevral - Sputnik. Ukrayna və Rusiya arasında danışıqlar Belarusun Qomel şəhərində aparılacaq.
Report-un xəbərinə görə, bu barədə məlumatı Ukrayna mətbuatı yayıb.
Məlumata görə, danışıqlarda Ukraynanı Xarici İşlər Nazirinin müavini Nikolay Toçitski təmsil edəcək.
O, Ukraynanın aparıcı diplomatlarından biridir. Eyni zamanda ölkənin Avropa İttifaqı missiyasındakı rəhbəri olub.
Qeyd edək ki, bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.
Bu barədə Ukrayna Prezidenti sosial şəbəkə hesabında bildirib.
Daha əvvəl Ukrayna Prezidenti bildirib ki, Rusiya ilə danışıqlar üçün Belarusun məkan olaraq seçilməsi təklifinə mənfi cavab verib.
"Əgər ərazilərinizdən təcavüzkar hərəkətlər olmasaydı, Minskdə, sizin şəhərinizdə danışa bilərdik", - Ukrayna lideri deyib. "İndi biz deyirik: Minsk yox. Digər şəhərlər görüş yeri ola bilər", - Report Zelenskinin sözlərini belə tərcümə edib.
Zelenski belaruslulara müraciət edərək, ölkənin yenidən mehriban və təhlükəsiz olmasını arzulayıb.
Ukrayna Prezidenti Belarusda danışıqlara başlamaq təklifindən xəbərdar olduğunu bildirib. Zelenskinin sözlərinə görə, Kiyev onun tərəfində hərbi əməliyyatlar olmasaydı, Belarusda danışıqlara razı olardı.
Zelenski bildirib ki, başqa şəhərlər danışıqlar üçün platforma ola bilər, lakin Belarusda deyil.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Zelenski Rusiya ilə danışıqlar üçün Bakını seçdi
Rusiya nümayəndə heyəti danışıqlar üçün Belarusa gedib