BAKI, 27 fevral — Sputnik. Ukrayna səfiri Vladislav Kanevski humanitar yardımla əlaqədar Azərbaycana təşəkkür edib.
Səfir Twvtter səhifəsində yazıb ki, Ukrayna təcili vacib humanitar yardımlar - dərman və tibbi ləvazimatlar almağa başlayıb.
“Biz Ukraynaya praktik dəstəyə görə dost Azərbaycana təşəkkür edirik”, - deyə səfir qeyd edib.
***
Azərbaycan hərbi əməliyyatların getdiyi Ukraynaya humanitar tibbi yardım göndərib.
Bu barədə məlumatı TƏBİB yayıb.
Azərbayan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən Ukraynaya humanitar yardım məqsədilə təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman preparatları və tibbi avadanlıqlar göndərilib.
27 fevral tarixində tibbi vasitələrin yükləndiyi təyyarə yola düşüb.
Tibbi vasitələrin yardımı ilə bağlı təhvil-təslim aktını Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski və TƏBİB-in İdarə Heyəti sədri vəzifəsini icra edən Vüqar Qurbanov imzalayıblar.
Qeyd edək ki, ötən gün Ukrayna prezidenti Vladimir Zelenski Azərbaycanın dövlət başçısı İlham Əliyevə humanitar yardım və tibbi ləvazımatlara görə təşəkkür edib.
Xatırladaq ki, cümə axşamı səhər Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, Donbas xalq respublikaları yardım xahişi ilə Rusiyaya üz tutub".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.