BAKI, 26 fevral — Sputnik. Ukrayna ərazisindən Rusiya qazının Avropaya tranziti üçün müraciətlər maksimum səviyyədədir.
Sputnik Azərbaycan “RİA Novosti”yə istinadla xəbər verir ki, fevralın 25-də Rusiyadan Ukrayna ərazisi vasitəsilə ilə Avropaya qaz tranziti 109,5 milyon kubmetr (ilin ən yüksək göstəricisi), fevralın 26-da isə gündəlik 108,1 milyon kubmetr təşkil edib.
Rusiya qazının tranziti bazar ertəsi 50 milyon kubmetrə çatandan bəri artmağa başlayıb.
Mütəxəssislərin fikrincə, Ukrayna vasitəsilə qaz nəqlinin artması siyasi risklər və avropalıların gələcəkdə bu qazdan istifadəsi ilə bağlı ola bilər.
Cümə axşamı və cümə günləri Avropada qaz qiymətləri güclü dəyişkənlik nümayiş etdirib. Ffevralın 24-də kotirovkalar artımı sürətləndirib, Fyuçerslər 60%-dən çox artaraq min kubmetr üçün 1650 dolları keçib.
Lakin cümə günü qiymətlər aşağı düşüb və 1030-1330 dollar aralığında dəyişib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.