TƏHSİL

Qarabağ və Şərqi Zəngəzur regional təhsil idarələri harada yerləşəcək?

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” sərəncamlara dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sputnik
BAKI, 26 fevral — Sputnik. Qarabağ və Şərqi Zəngəzur regional təhsil idarələrinin harada yerləşəcəyi məlum olub. Sputnik Azərbaycan-ın xəbərə görə, bu barədə Təhsil naziri Emin Əmrullayevin müvafiq əmrində qeyd edilib.
Əmrə əsasən, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayon təhsil şöbələrinin əsasında yaradılan Qarabağ Regional Təhsil İdarəsi Bərdə rayonunda, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayon təhsil şöbələrinin əsasında yaradılan Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Bakıda yerləşəcək.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 27 dekabr tarixli 1251 nömrəli və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2014-cü il 24 iyul tarixli 664 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
TƏHSİL
Nazirdən Təhsil İdarələri rəhbərlərinə tapşırıq