BAKI, 26 fevral — Sputnik. Rayon və şəhər təhsil şöbələrinin əsasında regional təhsil idarələri yaradılacaq. bu barədə təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə təhsil nazirinin müvafiq əmrində qeyd olunub.
Əmrə əsasən, regional təhsil idarələri aşağıdakı kimi təşkil olunacaq:
Sumqayıt şəhər, Abşeron, Xızı rayon tahsil şöbələrinin əsasında Abşeron-Xızı Regional Təhsil İdarəsi: (İdarə Sumqayıt şəhərində yerləşməklə)
Ağsu, İsmayıllı, Qobustan ve Şamaxı rayon təhsil şöbələrinin əsasında Dağlıq Şirvan Regional Təhsil İdarəsi (idarə Şamaxı rayonunda yerləşməklə):
Gəncə şəhər Təhsil İdarasi, Naftalan şəhər, Daşkəsən, Goranboy, Göygöl və Samux rayon təhsil şöbələrinin əsasında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi (İdara Gəncə şəhərində yerləşməklə);
Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayon təhsil şöbələrinin əsasında Qarabağ Regional Təhsil İdarəsi (İdarə Bərdə rayonunda yerləşməklə)
Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayon təhsil şöbələrinin əsasında Qazax-Tovuz Regional Təhsil İdarəsi (idarə Şəmkir rayonunda yerləşməklə);
Xaçmaz, Quba, Qusar, Siyəzen və Şabran rayon təhsil şöbələrinin əsasında Quba-Xaçmaz Regional Təhsil İdarəsi (idarə Quba rayonunda yerləşməklə);
Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayon təhsil şöbələrinin əsasında Lənkəran-Astara Regional Təhsil İdarəsi (idarə Lənkəran şəhərində yerləşməklə).
Mingəçevir şəhər, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayon tahsil şöbələrinin əsasında Mərkəzi Aran Regional Təhsil İdarəsi (idarə Yevlax şəhərində yerləşməklə);
Beyləqan, İmişli, Saatlı və Sabirabad rayon təhsil şöbələrinin əsasında Mil-Muğan Regional Təhsil İdarəsi (idarə Sabirabad rayonunda yerləşməklə):
Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayon təhsil şöbələrinin əsasında Şəki - Zaqatala Regional Təhsil İdarəsi (İdarə Şəki şəhərində yerləşməklə);
Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayon təhsil şöbələrinin əsasında Şərqi Zəngəzur Regional Təhsil İdarəsi (İdarə müvəqqəti olaraq Bakı şəhərinda yerləşməklə)
Şirvan şəhər, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayon təhsil şöbələrinin əsasında Şirvan-Salyan Regional Təhsil İdarəsi (İdarə Salyan rayonunda yerləşməklə).
Nazir tapşırıq verdi
Həmçinin Təhsil naziri Emin Əmrullayev Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və regional təhsil idarələrinin rəhbərlərinə tapşırıq verib.
Əmrə əsasən, idarə rəhbələri İdarənin möhür və ştamplarının hazırlanmasını, vergi orqanlarından vergi daşıyıcıaının eyniləşdirmə nömrəsinin (VÖEN) alınmasını və səlahiyyətli şəxslər üçün elekteon imzaların alınmasını bir ay müddətində təmin etməlidilər.
Eyni zamanda, onlar əsasında yaradıldığı rayon və şəhər təhsil şöbələrinin, strukturuna və tabeliyinə daxil edilən qurumların dövlət əmlakının idarənin mülkiyyətinı (balansına) verilməsi ilə bağlı inventarizasiyanın aparılmasını, müvafiq sənədlərin və məlumatların təhvil-təslim işlərini üç ay müddətində başa çatdırmalı və Nazirliyin Audit şöbəsinə bu barədə məlumat təqdim etməlidilər.
Maliyyə hesablaşma Mərkəzləri ləğv edilir
Təhsil Nazirliyinin ərazi maliyyə hesablaşma mərkəzləri ləğv edilir.Əmrə əsasən, ərazi maliyyə hesablaşma mərkəzlərinin rəhbərlərinə tapşırılıb ki, mərkəzlərin ləğvi ilə əlaqədar mərkəzlərin rəhbərləri, onların müavinləri, müvafiq şəhər və rayon üzrə aparıcı məsləhətçilərindən ibarət işçi komissiyaları yaradılılmalı və 3 ay müddətində ləğvetmə prosesinin yekunlaşdırılması təmin edilməlidir. Qeyd edilib ki, regional təhsil idarələri rayon və şəhər təhsil şöbələrinin və ərazi maliyyə hesablaşma mərkəzlərinin hüquqi varisidir və həmin qurumların hüquq və öhdəlikləri, habelə əmlakı müvafiq qaydada idarələrə keçir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.