İQTİSADİYYAT

“Azəriqaz”: Xidmətin yüksəldilməsi məqsədilə mobil tətbiq yaradılır

Şöbə rəisinin sözlərinə görə, abonentlərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə ən qısa müddətdə bu məsələ öz həllini tapacaq
Sputnik
BAKI, 26 fevral — Sputnik. "Azəriqaz" İstehsalat Birliyi mobil tətbiqetmənin yaradılması istiqamətində, eyni zamanda, telefonla ödənişlərin asanlaşdırılması ilə bağlı işlər aparır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Birliyin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov deyib.
Şöbə rəisinin sözlərinə görə, abonentlərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə çox güman ki, ən qısa müddətdə bu məsələ öz həllini tapacaq.
Регулировка давления газа в газовом котле по манометру
"Azəriqaz" İstehsalat Birliyi ilə "Azəristiliktəchizat" ASC arasında borc məsələsinə aydınlıq gətirən birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev qeyd edib ki, artıq bu istiqamətdə müəyyən addımlar atılıb və hazırda hər hansı qazanxanaya təbii qazın verilişində heç bir məhdudiyyət yoxdur.
İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bəzi abonentlərin smart-kart tipli sayğaclara niyə üstünlük verməsi ilə bağlı sualı cavablandırarkən deyib ki, ötən il "Azəriqaz" İstehsalat Birliyinə smart-kart tipli sayğacların bloka düşməsi, kartlarının itməsi ilə bağlı 150 minə yaxın müraciət daxil olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
NEFT-QAZ
Mənzildaxili yoxlamalar yenidən "Azəriqaz"a həvalə oluna bilər