NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb

Azərbaycan neftinin bu il ərzində maksimum qiyməti ötən gün - 106,22 dollar qeydə alınmışdı.
Sputnik
BAKI, 26 fevral — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb. Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 7,11 dollar azalaraq 99,11 dollar olub.
Dünya birjalarında neft ucuzlaşıb
London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,15 dollar azalaraq 97,93 dollar, Nyu-York birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,22 dollar ucuzlaşaraq 91,59 dollar olub.
Dünyada baş verən hadisələr neftin qiymətlərinə təsir göstərir.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti ötən gün (106,22 dollar) qeydə alınmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RUSİYA
Ukraynadan Rusiya qazının tranziti üçün müraciət maksimum səviyyəyə çatıb