BAKI, 25 fevral — Sputnik. 2022-ci il döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarında "Snayper hazırlığı" kursu davam edir.
Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.
Kurs müddətində hərbi qulluqçular snayper tüfənglərinin taktiki-texniki xüsusiyyətlərinə yiyələnməklə yanaşı, atəş hazırlığı üzrə praktiki vərdişlərini də təkmilləşdirirlər.
Məşğələlər zamanı snayperlər atəş mövqeyinin seçilməsi, maskalanma, müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi və digər tapşırıqları uğurla yerinə yetiriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.