RUSİYA

Ermənistanın müdafiə naziri Moskvada Şoyqu ilə görüşüb

Papikyan: Mən Ermənistan-Rusiya müdafiə sahəsində əməkdaşlığının daha da inkişafı üçün mümkün olan hər şeyi edəcəyəm.
Sputnik
BAKI, 25 fevral - Sputnik. Moskvada Rusiya və Ermənistan müdafiə nazirləri Sergey Şoyqu və Suren Papikyan arasında görüş keçirilib.
Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, görüşdə hərbi sahədə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib.
Şoyqu erməni həmkarına ölkəsinin KTMT sədri kimi Qazaxıstanda baş verən hadisələr zaman göstərdiyi köməyə görə təşəkkürünü bildirib.
Papikyan isə öz növbəsində deyib ki, Ermənistanla Rusiya arasında hərbi əməkdaşlığın daha da möhkəmlənəcəyinə inanır.
“Sizi əmin edə bilərəm ki, mən Ermənistan-Rusiya müdafiə sahəsində əməkdaşlığının daha da inkişafı üçün mümkün olan hər şeyi edəcəyəm”, - deyə Papikyan bildirib.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ötən il noyabrın 15-i gözlənilmədən ölkəsinin müdafiə naziri Arşak Karapetyanı istefaya göndərib.
Karapetyanın yerinə Paşinyanın müavini Suren Papikyan təyin olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
Həmçinin oxuyun:
Ermənistanın yeni müdafiə naziri Rusiya səfiri ilə görüşdü